UEFA Musleraya ağır cəza verdi

UEFA Musleraya ağır cəza verdi
DÜNYA FUTBOLU 17 Sentyabr 2024 / 21:05 7287
-  A +

Çempionlar Liqasının pley-off mərhələsinin "Yanq Boys"la (İsveçrə) keçirilən oyununda rəqib fubolçusuna təpik atan "Qalatasaray"ın qapıçısı Fernando Musleranın cəzası bəlli olub.

QOL.az xəbər verir ki, UEFA uruqvaylı qolkiperi 3 oyunluq diskvalifikasiya edib.

Muslera qarşılaşmanın 87-ci dəqiqəsində qol vuran Alan Virjinyusa təpik vurub. Həmin epizoda görə 38 yaşlı qolkiper birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

Xatırladaq ki, "Yanq Boys"la hər iki oyunda uduzan (2:3, 0:1) "Qalatasaray" ÇL-lə vidalaşıb.


Son xəbərlər