Pioli "Əl-Nəsr"də

Pioli "Əl-Nəsr"də
XƏBƏR 17 Sentyabr 2024 / 17:15 2478
-  A +

“Milan”ın keçmiş çalışdırıcısı Stefano Pioli Kriştiano Ronaldonun da formasını geyindiyi "Əl-Nəsr"in baş məşqçisi təyin olunmağa yaxındır. 

QOL.az xəbə verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Tərəflər müqavilənin şərtləri ilə bağlı fəal danışıqlar aparır.

Pioli bu yay “Əl-İttihad”a baş məşqçi təyin oluna bilərdi, lakin Stefano ilə Səudiyyə Ərəbistanı klubu arasında razılaşma baş tutmayıb.

Pioli bu vəzifədə Luis Kastronu əvəz edəcək.

Qeyd edək ki, mütəxəssisin son iş yeri "Milan" olub. Komanda onun baş məşqçiliyi altında 2021/22 mövsümündə çempion olub.


Son xəbərlər