“Çətin oyun idi. Bilirdik ki, rəqibin hücum xətti çox güclüdür. Üstəlik, standart vəziyyətlər zamanı da təhlükəli olurlar”.
QOL.az saytına açıqlamasında bu sözləri “Turan Tovuz”un yarımmüdafiəçisi Ayxan Quseynov Misli Premyer Liqasının 6-cı turunda “Sabah”la heç-heçə (2:2) etdikləri oyun barədə danışarkən deyib.
O, hər iki hissənin əvvəlində buraxılan qolları ən böyük səhvləri adlandırıb: “Baş məşqçimiz əvvəldən tapşırmışdı ki, ilk 15 dəqiqədə diqqətli, maksimum konsentrasiyalı olaq. Lakin bacarmadıq. Bu, bizim ən böyük səhvimiz idi. Qapımızda erkən qol görsək də, özümüzü itirmədik. Daha çox qol vura bilərdik. Qalib gəlməyimiz də mümkün idi. Təəssüf ki, yekunda cəmi 1 xalla kifayətləndik”.
25 yaşlı futbolçu matçın sonlarında komandasının hesaba alınmayan üçüncü qolunu belə şərh edib: “Həmişə demişəm ki, hakimlərin qərarı barədə fikir bildirmək istəmirəm. Lakin məncə, o epizodda top çıxmamışdı. Təəssüf ki, çəkilişdən dəqiq, yüz faiz fikir bildirmək olmur. Bununla belə, bir neçə dəfə epizodu izlədim. Məncə, təmiz qol idi”.
Öz oyunu barədə danışan A.Quseynov daha yaxşı çıxış etməli olduğunu vurğulayıb: “Baş məşqçi ilə də tez-tez söhbətlərimiz olur. Hər zaman çalışıram komandaya kömək edim. Şadam ki, bu gün oyunum yaxşı alındı, fərqlənə bildim. Amma artırmalıyıq, mən də, komandada da”.
“Turan Tovuz”un yarımmüdafiəçisi növbəti turda qarşılaşacaqları “Araz-Naxçıvan”la matçdan da söz açıb: “Bu il çox komandalar gücləniblər. “Araz-Naxçıvan” da xeyli artırıb. Mövsümə uğurlu start veriblər. Ona görə də bizi qarşıda çox çətin oyun gözləyir. Onsuz da hər komanda ilə oynamaq çətindir. Matça tam konsentrasiya olmalı, asan top itirməməliyik”.
Mendi qalır, ya gedir?
Uğursuzluğa görə baş məşqçini göndərdilər
Niderland Superkubokunu qazandılar
"Real"dan ayrılmaq karyeramda dərin iz buraxdı"
Mahirdən növbəti qol
"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi
"Qarabağ"da ciddi itki
"Qəbələ" Qətər klubuna qalib gəldi
"Yuventus" 18 yaşlı futbolçu ilə gücləndi
İbrahim Həsənov dünya çempionatını gümüş medalla başa vurdu
"Barselona"nın yoldaşlıq matçı ləğv edildi
Zidanın ilk ev oyununa bütün biletlər satıldı
“Sabah”ın rəqibi xal itirdi
"Nyukasl"ın əsas qapıçısı ola bilər
Azarkeşlərdən rəhbərliyə etiraz: abunəliklər 93 faiz azalıb
Vlahoviç "Barselona"ya görə "Beşiktaş"dan imtina etdi
"İnter" "Mançester Siti"yə qalib gəldi - Video
"Qəbələ" braziliyalı qapıçı transfer etdi
Ronaldo və Corcinanın evlənəcəyi tarix bilindi
Rüfət İsrail klubuna qələbə qazandırdı - Video
"Mançester Yunayted"in tarixinə düşdü
18 yaşlı ukraynalı futbolçu "Vilyarreal"da
Levandovski MLS-də ilk qollarını vurdu
"Real" "Fiorentina" ilə bacarmadı - Video
25-ci dəfə Portuqaliya Superkubokunu qazandılar
"Çelsi"də qalır
"Yuventus" Kolo Muanini birdəfəlik transfer etdi
"İnter Mayami" Nərimanın komandası ilə heç-heçə etdi
"Volfsburq"dan "Roma"ya - Rəsmi
"Mançester Yunayted" "Qalatasaray"ın hücumçusuna göz dikdi
"Bayer"nin yeni transferi debüt etmədən sıradan çıxdı
"Sabah"dan növbəti transfer