Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
QOL.az xəbər verir ki, 2-ci oyun günündə 3 matç keçirilib. PAOK "Boraya Banya-Luka"nı məğlub edib, "Tsele" "Slovan"la bərabərə qalıb.
Azərbaycan təmsilçisi "Qarabağ"ın potensial rəqibləri də bu gün ilk oyunlarına çıxıblar. "Ludoqorets" evdə "Dinamo"ya 2:0 hesabı ilə qalib gəlib.
"Qarabağ" 2-ci mərhələdə "Linkoln" səddini adlayacağı təqdirdə 3-cü mərhələdə "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" - "Linkoln" cütünün məğlubu isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün məğlubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, "Qarabağ" ötən gün ilk oyunda "Linkoln"a 2:0 hesabı ilə qalib gəlib.
24 iyul, çərşənbə
21:30. PAOK (Yunanıstan) - "Boraya Banya-Luka" (Bosniya və Herseqovina) - 3:2
Qollar: Koulerakis, 17, 39, Troost-Ekonq, 51 - Herera, 22-pen; Kulasin, 45+3
22:00. "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) - 2:0
Qollar: Tekpetey, 9, Nedelev, 45+1
22:15. "Tsele" (Sloveniya) - "Slovan" (Bratislava, Slovakiya) - 1:1
Qollar: Bobiçaneç, 7 - Streleç, 11
Qırmızı vərəqə: Savvidis, 31 ("Slovan")
23 iyul, çərşənbə axşamı
19:00. "Bude Qlimt" (Norveç) - RFS (Latviya) - 4:0
19:30. "Panevejis" (Litva) - "Yaqelloniya" (Polşa) - 0:4
20:00. "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" (Azərbaycan) - 0:2
21:00. APOEL (Kipr) - "Petrokub" (Moldova) - 1:0
21:00. "Malmö" (İsveç) - "Klaksvik" (Farer adaları) - 4:1
21:30. FKSB (Rumıniya) - "Makkabi" (Tel-Əviv, İsrail) - 1:1
22:00. "Ferensvaroş" (Macarıstan) - THS (Uels) - 5:0
22:00. "Santa-Koloma" (Andorra) - "Mitülland" (Danimarka) - 0:3
22:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Partizan" (Serbiya) - 6:2
22:30. "Luqano" (İsveçrə) - "Fənərbaxça" (Türkiyə) - 3:4
23:00. "Şemrok Rovers" (İrlandiya) - "Sparta" (Praqa, Çexiya) - 0:2
Avropa Liqasının ağası
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?
UEFA milli komandalar üçün yeni format müəyyənləşdirdi
Meydanı özbaşına tərk edən bölgə klubu cəzalandırıldı
1-ci liqanın çempionu cərimələndi