UEFA növbəti mövsümün əvvəlindən başlayaraq Avropa kuboklarında yeni qayda tətbiq etməyə hazılaşır.
QOL.az xəbər verir ki, bu haqda Almaniyanın "Bild" nəşri məlumat yayıb. Bildirilir ki, bu qaydaya əsasən, avrokubokların matçları zamanı hakimlərlə yalnız komandaların kapitanlarının ünsiyyət qurmasına icazə veriləcək. Hazırda belə bir qayda Avro-2024-ün matçlarında da tətbiq edilir.
Eyni zamanda Almaniya Bundesliqası, 2, 3 və 3-cü divizionlarında da bu qayda qüvvəyə minəcək. Kapitandan başqa digər meydan oyunçuları hakimlərlə ünsiyyətə girərsə, sarı vərəqə alacaq.
UEFA belə bir qaydanı hakimə qarşı mümkün hörmətsizliyin, onun ətrafında sıx toplaşmağın qarşısını almaq məqsədilə verib.
Bəs, əgər kapitan qapıçı olarsa, o zaman meydan oyunçularında kimlər hakimə fikrini çatdıra bilər? Çünki qapıçı hər mübahisəli epizodda öz zonasını tərk etməyə məcbur qalmamalıdır. Məlumata görə, hələlik bununla bağlı prosedurlar dəqiqləşməyib.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı