“Araz-Naxçıvan”dan qələbə

“Araz-Naxçıvan”dan qələbə
ÖLKƏ FUTBOLU 8 İyul 2024 / 21:23 3334
-  A +

Hazırlığın Bakı mərhələsini bu gün keçirilən yoxlama oyunu ilə başa vuran “Araz-Naxçıvan” əvəzedici heyətlə qarşılaşıb. 

QOL.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda hesabı “ikincilər” açsa da, qələbəni əsas komanda qazanıb 3:1. Qolları Ülvi İsgəndərov, Vanderson və Ürfan Abbasov vurublar. Əvəzedicilərin heyətində isə Elcan Məmmədov fərqlənib.

Bununla da komanda iyunun 28-dən davam edən hazırlığın birinci mərhələsini yekunlaşdırıb. Sabah istirahət edəcək “qırmızı-ağlar” iyulun 10-da Erzuruma yola düşəcək. Qardaş ölkədə iki həftəlik hazırlıq prosesi zamanı 3 yoxlama matçının keçirilməsi də nəzərdə tutulub. 

Daha çox


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki