Mbappenin qardaşının yeni klubu bilindi

Mbappenin qardaşının yeni klubu bilindi
DÜNYA FUTBOLU 3 İyul 2024 / 19:55 5850
-  A +

Məşhur futbolçu Kilyan Mbappenin qardaşı Etan Mbappenin yeni klubu müəyyənləşib.  

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. PSJ-dən ayrılan gənc futbolçu “Lill”ə keçəcək.

Tibbi müayinə prosesi başa çatdıqdan sonra transfer rəsmi şəkildə yekunlaşacaq. Xəbərdə o da qeyd olunub ki, E. Mbappe Fransa Liqa 1-ə köklənib və heç vaxt “Real”la danışıqların aparmayıb.

Qeyd edək ki, Etan Mbappenin qardaşı Kilyan Mbappe bu yay PSJ-dən ayrılıb. O, "Real"a keçib.  Bundan sonra Etan da PSJ-ni tərk edib.17 yaşlı futbolçu Paris təmsilçisinin əsas komandası ilə bütün turnirlərdə 5 oyuna çıxmışdı.


Son xəbərlər
05.07.24  19:54

"Bazel"dən "Çelsi"yə