İspaniya İtaliyaya qalib gəldi

İspaniya İtaliyaya qalib gəldi
AVRO-2024 21 İyun 2024 / 00:54 11164
-  A +

Avro-2024-də qrup mərhələsinin 2-ci turu davam edir.

QOL.az xəbər verir ki, bu gün çempionatda 3 matç baş tutub.

Əvvəlcə C qrupunda Sloveniya Serbiya ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Serbiya millisi 90+5-ci dəqiqədə bərabərlik qolunu vuraraq məğlubiyyətdən qaçıb.

Eyni qrupda Danimarka İngiltərə ilə qarşılaşıb. Bu görüş də 1:1 hesabı ilə başa çatıb. Bu qrupda 1-ci turda Sloveniya Danimarka ilə heç-heçə edib (1:1), İngiltərə isə Serbiyaya qalib gəlib (1:0).

Günün maraqla gözlənilən matçı B qrupunda keçirilib. Burada İspaniya millisi son Avropa çempionu İtaliya ilə üz-üzə gəlib. Matç ispanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da pirineylilər xallarının sayını 6-ya çatdırmaqla 1/8 finala vəsiqəni təmin ediblər. 

Avro-2024, qrup mərhələsi, 2-ci tur

20 iyun

C qrupu

17:00. Sloveniya - Serbiya - 1:1

Qollar: Zan Karniçnik, 69 (1:0), Luka Yoviç, 90+5 (1:1)

Baş hakim: İştvan Kovaç (Rumıniya).

Münhen, "Alyans Arena".

20:00. Danimarka - İngiltərə - 1:1

Qollar: Keyn,18 (0:1), Hyulmand, 34 (1:1)

Baş hakim: Artur Diaş (Portuqaliya).

Frankfurt, "Valdştadion".

N Komandalar O Q H M T-F X
1 İngiltərə 2 1 1 0 2:1 4
2 Danimarka 2 0 2 0 2:2 2
3 Sloveniya 2 0 2 0 2:2 2
4 Serbiya 2 0 1 1 1:2 1

B qrupu

23:00. İspaniya - İtaliya - 1:0

Qol: Rikkardo Kalafiori, 55-avtoqol

Baş hakim: Slavko Vinçiç (Sloveniya).

Helzenkirhen, "Feltins Arena".

N Komandalar O Q H M T-F X
1 İspaniya 2 2 0 0 4-0 6
2 İtaliya 2 1 0 1 2-2 3
3 Albaniya 2 0 1 1 3-4 1
4 Xorvatiya 2 0 1 1 2-5 1

Son xəbərlər