Azərbaycan boks millisi lisenziya turnirinə bu heyətlə gedir

Azərbaycan boks millisi lisenziya turnirinə bu heyətlə gedir
BOKS 22 May 2024 / 14:40 1340
-  A +

Mayın 24-də Tailandın paytaxtı Banqkokda boks üzrə 2-ci Dünya Olimpiya Təsnifat Turniri start götürəcək.

QOL.az Azərbaycan Boks Federasiyasında istinadən xəbər verir ki, 10 gün davam edəcək yarışda Azərbaycan milli komandası 9 boksçu ilə təmsil olunacaq.

Yığmanın heyətində Olimpiya lisenziyası uğrunda Şamil Əsgərov (57 kiloqram), Malik Həsənov (63,5 kiloqram), Sərxan Əliyev (71 kiloqram), Alfonso Dominges (92 kiloqram), Marjona Savriyeva (50 kiloqram), Zeynəb Rəhimova (54 kiloqram), Məhsəti Həmzəyeva (57 kiloqram), Şəhla Allahverdiyeva (66 kiloqram) və Aynur Rzayeva (75 kiloqram) mübarizə aparacaqlar.

Turnirdə 133 ölkə və Qaçqınlar komandasından 600-dən çox boksçunun iştirakı gözlənilir. Yarışda kişi idmançıların mübarizəsində 28, qadınlarda 23 nəfər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcək.

Reqlamentə əsasən, boksçularımızın mübarizə aparacağı 57 kiloqramda 3 (kişilər), 63,5, 71 kiloqramda 5, digər çəkilərdə 4 idmançı Fransa paytaxtında iştirak hüququna yiyələnəcək.

Yarışın püşkü mayın 23-də atılacaq.

Qeyd edək ki, yığmanın heyətində Nicat Hüseynov (51 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) artıq “Paris-2024”ə lisenziya qazanıblar.

Daha çox


Son xəbərlər
14.06.24  16:24

"Sabah"da ayrılıq