“Futbol o qədər ədalətsizdir ki..."

“Futbol o qədər ədalətsizdir ki..."
XƏBƏR 8 May 2024 / 10:20 3850
-  A +

PSJ-nin baş məşqçisi Luis Enrike komandasının Çempionlar Liqasında mübarizəni dayandırması haqqında danışıb.

QOL.az xəbər verir ki, Paris təmsilçisi ötən gecə yarımfinalın cavab görüşündə evdə Dortmund "Borussiya"sına uduzub - 0:1. Komandalar arasında ilk görüşdə də Almaniya klubu eyni hesabla qalib gəlib.

Həmçinin oxuyun: Luis Enrikedən iddialı açıqlama

Luis Enrike isə cavab matçından sonra açıqlamasında bu nəticəni ədalətsiz hesab etdiyini bildirib: 

“Futbol o qədər ədalətsizdir ki...Uduzmaq məyusedicidir. Xüsusən də bu şəkildə. Bu gün qapıya doğru 31 zərbə vurduq, amma qol vura bilmədik. Bu, demək olar ki, inandırıcı deyil. Amma futbolda belə vəziyyətlər olur. Rəqibi təbrik edirəm. Çempionlar Liqasında yüksək rəqabət var, biz bu məğlubiyyəti qəbul edirik". 


Son xəbərlər