“Erkən qol buraxdıq. Nə etmək olar? Qol fantastik idi. Heç cür qarşısını ala bilmədik. Sonradan üstünlüyü ələ alsaq da, rəqib qapısına yol tapa bilmədik və yekunda məğlub olduq”.
QOL.az saytına açıqlamasında bu sözləri “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi İldar Alekperov Misli Premyer Liqasının 33-cü turunda “Sabah”a 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
O, rəqib qapısına az zərbə endirdiklərini bildirib: “Məğlubiyyətə konkret səbəb göstərməkdə çətinlik çəkirəm. Ola bilər son ötürmələri verə bilmirdik. Yaxud həlledici zərbələr çatışmırdı. Qapıya çox az zərbə endirdik”.
Qışda Naxçıvan klubuna qoşulan İldar Alekperov komandanın mövsümün ikinci yarısında zəif çıxışının səbəbi ilə bağlı fikir bildirməkdə çətinlik çəkib: “Mövsümün ilk yarısında “Araz-Naxçıvan” həqiqətən də xoş təsir bağışlayırdı. Hətta “Qarabağ”ı məğlub etmişdi. Eləcə də digər iddialıları. Lakin qış fasiləsindən sonra vəziyyət dəyişdi. Mən komandaya yanvarda qoşulduğum üçün hansı dəyişikliklər olduğunu söyləməkdə çətinlik çəkirəm. İlk dövrədə “Araz-Naxçıvan”ın üzvləri qaçan, mübarizə aparan, öz gələcəkləri üçün vuruşan gənclər idi”.
“Elmar Baxşıyevin gəlişi “Araz-Naxçıvan”da nəyi dəyişib?” sualını 23 yaşlı futbolçu belə cavablandırıb: “Hər məşqçinin futbola öz baxışı var. Elmar Baxşıyevin gəlişindən sonra komandada tələblər, taktika, eləcə də nizam-intizam dəyişib”.
İ.Alekperov növbəti turda qarşılaşacaqları “Turan Tovuz”la matçdan da söz açıb: “Biz hər oyuna qələbə üçün çıxırıq. Rəqibin kimliyi fərq etmir. Məqsəd hər matçda qalib gəlməkdir. “Turan Tovuz” iddialı rəqibdir. Lakin bu, heç nəyi dəyişmir. Qarşıdakı görüşdə də yalnız 3 xal üçün mübarizə aparacağıq. Mövsümün sonudur, əlimizdən gələni edəcəyik ki, çempionatı yüksək əhval-ruhiyyədə başa vuraq".
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır
Azərbaycanda ən çox azarkeş toplayan komandalar açıqlandı
UEFA Azərbaycan klublarına nə qədər maliyyə vəsaiti ayırıb?
Rövşən Nəcəf Ayxan Abbasovun işinə qiymət verdi
"O stadion təmirə bağlanır" - Cahangir Fərəcullayev
İllik gəlir 61 milyon manat olub - AFFA açıqladı
AFFA-nın Hesabat Konfransı keçirilir
Del Pyero İtaliya millisi haqda - "Bu, rüsvayçılıqdır"
AFFA-da klublar üçün seminar
Ronaldo hazırdır
İtaliya millisinin baş məşqçisi vəzifəsinə 3 əsas namizəd
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video