"Mançester Yunayted"də mərkəz müdafiəçisi qalmadı

"Mançester Yunayted"də mərkəz müdafiəçisi qalmadı
DÜNYA FUTBOLU 6 May 2024 / 11:00 2524
-  A +

“Mançester Yunayted”in daha bir müdafiəçisi zədələnib.

QOL.az xəbər verir ki, komandanın kapitanı Harri Maquayr sıradan çıxıb.

31 yaşlı oyunçu Premyer Liqanın 36-cı turunda "Kristal Pelas"la görüşdə əzələsindən zədələnib. Klubun rəsmi saytının açıqlamasında onun təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdi ki, ingilis futbolçu Premyer Liqanın son turlarını buraxacaq. 

Maquayr "Mançester Yunayted"də zədələnən 6-cı mərkəz müdafiəçisi olub. Rafael Varan, Conni Evans, Lisandro Martines,  Viktor Lindelöf və Villi Kambval da zədəlidir.


Son xəbərlər