Şeydayevin komandası böyük hesabla uduzdu

Şeydayevin komandası böyük hesabla uduzdu
ÖLKƏ FUTBOLU 6 May 2024 / 00:00 3325
-  A +

Türkiyə birinci liqasında 33-cü turun oyunları keçirilib. 

QOL.az xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin formasını geydiyi “Kocaelispor” səfərdə “Bodrumspor”un qonağı olub. 

Şeydayev meydana start heyətində çıxsa da, 45-ci dəqiqədə Yosip Vukoviçlə əvəzlənib. 

Görüş Ramilin komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Bu yenilgidən sonra əvvəlki kimi 50 xalda qalan “Kocaelispor” turnir cədvəlində altıncı pillədə qərarlaşıb. 

Qeyd edək ki, son turun nəticələrindən asılı olmayaraq R.Şeydayevin komandası Superliqaya vəsiqə uğrunda keçiriləcək pley-off matçlarında mübarizə aparacaq. 

Daha çox


Son xəbərlər