"Meydanda böyük savaş getdi. Hər iki komanda istəkli idi. İlk yarıda fərqi artıra bilərdik. İkinci hissədə rəqib təzyiqi artırdı, növbəti dəqiqələrdə isə oyunu bərabərləşdirdi. Hər iki komanda qələbə qazana bilərdi. Bərabərlik də ədalətli nəticə olardı. Futbolçularımı təbrik edirəm. Səfərdə xarakter göstərdilər. Çox vacib olan 3 xal qazandıq".
QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 33-cü turunun "Turan Tovuz"la (1:2) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
- Əvəzetmələriniz özünü doğrultdu. Bu, əvvəlcədən planlaşdırılmış dəyişiklik idi?
- Mənim yerimdə kim olsaydı, Sezar Meza Kollini meydana buraxardı. Heyətdə sağlam rəqabət var. Lazım olan dəqiqədə dəyişiklik etdik. Meydana sonradan daxil olanların hamısı yaxşı performans göstərdi. Tovuzda oynamaq çətindir. Xüsusilə də, texnikalı futbol oynamaq çətindir.
- Qarşıda cəmi üç tur qalıb. Keyfiyyət, yoxsa psixologiya önəmli olacaq?
- Hamısı önəmli olacaq. Artıq taktikadan çox da asılı olmayan dönəmə giririk. Ümid edirəm ki, bu mərhələdən uğurlu keçərik.
- Rüstəm Əhmədzadənin durumu necədir?
- Rüstəmin yoxluğu bizim üçün böyük itkidir. İki gün əvvəl məşqdə zədəsi pisləşdi. Dəqiq durumunu hələ bilmirik.
- Sizcə, Premyer Liqa klublarının baş məşqçiləri niyə bir-birinə atmacalar atır?
- Məsələnin dərinliyinə varmayacağam. Hakimlikdən çox danışmaq istəmirəm. Bizim oyunlarda olan hakim qərarları göz qabağındadır. Baş məşqçilərin fikirlərini oxumamışam. Çalışıram ki, mətbuatdan uzaq olum. (sportal.az)
Çexiyada çempion bilindi
"Hər şey öz əlimizdədir” - "Neftçi"nin futbolçusu
Renat oynadı, komandası "Beşiktaş"dan xal aldı
"Sabah"ın "Sumqayıt" üzərində qələbəsi - Video
"Bizi uşaq yerinə qoymayın" - Samir Abasov
“Neftçi”nin qələbəsinə kölgə salmaq istəmirəm, amma…”
"Zirə" Tovuzda belə qələbə qazandı - Video
"Neftçi" 3 xalı bu 3 qolla qazandı - Video
Adil Şükürov: "Kişi kimi əllərini sıxıb təbrik etdim"
"Bayer" Bundesliqanı qalibiyyətlə başa vurdu
“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə
AFFA Yüksək Qızlar Liqasının qalibi müəyyənləşdi - Şəkillər
Aleks de Souza yenidən Türkiyə Superliqasında
Enrike: "Fransa seriallarına heyranam"
Avro-2024 üçün heyəti açıqladılar
"Səbail" - "Neftçi" oyunu üçün heyətlər
Tovuzda heyətlər açıqlandı
"Sabah" - "Sumqayıt" : Heyətlər
Lamiyə Vəliyeva dünya çempionu oldu
"Real" Kroosla müqaviləni uzatdı
Bu mövsümün sonunda "Arsenal"dan ayrılacaq
Şahruddinin komandasının oyunundan - Video
Fransa Liqa 1-ə yüksələn 2-ci komanda da bilindi
Messinin "İnter Mayami"dəki maaşı açıqlandı
Ernesto Valverde ilə yeni müqavilə imzalandı
Şahruddin 90+2-ci dəqiqədə əvəzləndi
"Neftçi"nin 4 futbolçusu "Səbail"ə qarşı oynamayacaq
"Qarabağ"ın "Turan Tovuz"u məğlub etdiyi oyun - Video
"Qarabağ" 7 qollu oyunda "Turan Tovuz"a qalib gəldi
UEFA-dan Şahruddinin oynadığı kluba avrokubok cəzası - Rəsmi
"Yuventus" Alleqrini istefaya göndərdi
"Qarabağ" - "Turan Tovuz": Heyətlər
Tuhel qərarını dəyişmədi
"Marsel"in baş məşqçisi karyerasını başa vurur
Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
1-ci liqada son turun oyunları eyni gündə, eyni saatda