Şeydayev oynadı, komandası qələbə qazandı

Şeydayev oynadı, komandası qələbə qazandı
XƏBƏR 28 Aprel 2024 / 21:38 2775
-  A +

Türkiyə 1-ci Liqasında 32-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor" bu gün öz meydanında "Bandırmaspor"la qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.

Ramil Şeydayev matça start heyətdə başlayıb və 58-ci dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra 55 xal toplayan "Kocaelispor" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Daha çox


Son xəbərlər