Samir Abasov İspaniyaya təcrübəyə yollandı - Xavi ilə görüşəcək

Samir Abasov İspaniyaya təcrübəyə yollandı - Xavi ilə görüşəcək
ÖLKƏ FUTBOLU 24 Aprel 2024 / 09:37 3026
-  A +

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov İspaniyada təcrübədədir.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bir neçə gün öncə Madridə yollanan Samir Abasov əvvəlcə burada "Real" və "Barselona" komandaları arasındakı "El-Klassiko"nu izləyib.

Növbəti gün Barselonaya yola düşən mütəxəssis burada bir həftəlik təcrübə keçəcək. "Barselona" klubunun məşqlərini izləyən çalışdırıcı Kataloniya təmsilçisinin məşqçisi Oskar Hernandez və bir sıra digər yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsi aparıb.

Təcrübə proqramının sonunda onun "Barselona"nın baş məşqçisi Xavi Hernandezlə də görüşü nəzərdə tutulub.

Qeyd edək ki, bu səfərdə Samir Abasovu klubun fiziki hazırlıq üzrə məşqçisi Gerard Martinez müşayiət edir.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə