Marketinq mütəxəssislərinin həyata baxışı fərqli olur. Məsələn, hansısa bir məhsulu görəndə, həmin məhsulun istehlakçıya necə çatdırılması, o məhsulun marka dəyərinin necə yüksəldilməsi bir marketoloqun özündən ixtiyarsız düşündüyü şeydir. Mən də marketoloq olduğum üçün bu yazımda Azərbaycan futboluna məhz marketinq fəlsəfəsi ilə yanaşıb, futbolumuzun bu sahədəki ən böyük problemini izah etməyə çalışacağam.
Nədir marketinq? Cavab əslində çox sadədir. Bir qurumun öz məhsul və xidmətlərini istehlakçılara çatdırmaq üçün həyata keçirdiyi işlərin məcmusudur. Yəni sən öz məhsulunu tanıtmaqdan ötrü hansı addımları atırsansa bu əslində marketinqdir.
Əsas məsələ isə burada başlayır. Sən düzgün marketinq strategiyasından istifadə edirsən ya yox? İndi gəlin, bunu futbol üzərinə inteqrasiya edək.
Bildiyimiz kimi futbol bir idman oyunudur. İdman üzərindən marketinq əsasən iki istiqamətdə qurulur:
1. İdman klubunun öz məhsullarını istehlakçılara çatdırması
2. Brend və marka sahiblərinin idman klublarının xidmətindən istifadə etməklə öz məhsullarını istehlakçılara çatdırması.
Gördüyünüz kimi, hər iki istiqamətin əsas istinad nöqtəsi istehlakçıdır. Kimdir bu istehlakçı desəniz, bu sizsiniz, azarkeşlər. Bu məntiqlə yola çıxsaq görərik ki, hər bir kluba lazım olan ilk marketinq məhz azarkeşlərin sayının artırılması olmalıdır.
Bizim futbolumuzun azarkeş problemini zatən bilirsiniz. "Qafqazın Barselona"sı adlanan "Qarabağ" klubunun yerli çempionatdakı oyunlarına 100 nəfər gəlirsə, bu, biabırçılıqdır. Məhz bu üzdən də tez-tez Qurban Qurbanov başda olmaqla bir çox məşqçi və futbolçular azarkeş azlığını dilə gətirir və onları meydana səsləyirlər. Əslində isə bu onların işi deyil. Onların işi gözəl futbol oynatmaq və oynamaqdan ibarətdir. Azarkeş boşuna gələn deyil. İlk öncə yerli çempionatımız bir marka və ya brend deyil. Nə qədər dildə gəl desən də, gələn deyillər. Bunun üçün kompleks tədbirlər həyata keçirmək lazımdır. AFFA və klublar bir masa arxasında oturub qərarlar qəbul etməli və əl-ələ verib futbol üçün əllərini daşın altına qoymalıdırlar. Bu da boşuna olmalı deyil.
Hər bir klub öz marketinq strategiyası ilə AFFA-nın qapısını döyməli və işbirliyi üçün müraciət etməlidir. Hansı klubumuzun marketinq şöbəsi var? Hansı klubumuz düzgün strategiya qurub bu günə qədər? Hamısının bildiyi bir şey var - azarkeşləri günahkar çıxarmaq: "Siz gəlmirsiniz deyə bizim çempionat maraqsızdır". Sən bu yazıq azarkeşi hansı yolla təşviq etdin ki, o da oyuna gəlmədi?
Bu yaxınlarda Sumqayıtda stadionun açılışında konsert təşkil etdilər, tribunala xeyli azarkeş toplaşdı. Konsert bitən kimi də camaat dağılışdı deyə baş məşqçi Samir bəy bunu dilə gətirmişdi. Di gəl, xeyri oldumu? Olmadı. Sumqayıt yenə də 300-400 nəfər azarkeş önündə oynayır. Əslində isə bu, bütün klublara aiddir. Klublarımızın sponsorlar isə iki yolla komandanı himayəsinə götürüb. Ya klub həmin şirkətin təmsil olunduğu qrupun bir qoludur, ya da sponsor olan şirkətin böyükləri həmin klubun azarkeşi, yaxud klubu təmsil edən rayonun sakinləridir. Əslində isə sponsor kluba girmək üçün planlama etməli, məhsulunun bu marketinq fəaliyyəti sahəsində nə qədər insana çatacağını təsbit edib, bunun sayəsində nə qazanacağını, öz markasına bu işin sonunda hansı dəyəri qatacağını bilərək təklif verməlidir. Yaxud da klub özü təkliflər paketi ilə sponsorların qapısını döyüb deməlidir ki, ay filankəs, sən mənin klubuma sponsor olsan, mən bu işləri görəcəm, sən isə filan şeylərdə uğur qazanacaqsan.
Bu da indiki halda mümkün deyil. Niyəsini də bilirsiniz, çünki azarkeş yoxdur, istehlakçı yoxdur. Deməli, bizə lazım olan əsas marketinq strategiyası aşağıdakı məqsədlər üçün qurulmalıdır:
1. Yerli çempionatların marka dəyərinin artması,
2. Klubların azarkeş sayının artırılması,
3. Azarkeş, fanklub və klub arasında xüsusi dəyərlərin formalaşdırılması,
4. Azarkeş və sponsorlar arasında münasibətlərin formalaşdırılması,
5. Stabilliyin təmin edilməsi.
Hazırda bizim klublara əsas daxilolmalar məhz AFFA, mərc kontorları və sponsorlar tərəfindən həyata keçirilir. Bu daxilolmaların cəmi 5 faizi ilə elə işlər görmək olar ki, iki il içində stadionlar dolub daşar, futbolumuz daha da canlanar və rəngli olar. Ən əsası isə klublarımız daha çox gəlir etməklə daha da inkişaf edər. Bu, elə də çətin bir şey deyil. Sadəcə bir il düzgün şəkildə işləmək lazımdır. Dəyişmək, zamanın və onun tələbləri ilə ayaqlaşmaq vaxtıdır. "Mən oynayıram, gələn gələcək" prinsipi ilə Biləcəridən o yana keçən deyil heç bir klub. O boyda UEFA belə daim dəyişikliklər üzərində işləyir. Əvvəl Çempionlar Kuboku yarışı var idi, daha sonra gördülər vəziyyət pisləşir, Çempionlar Liqası adlı bir brend yaratdılar. Klubların sayı, mükafatlar, izləyicilərin sayı artırıldı, daha sonra böyük sponsorlarla müqavilələr imzalandı. İndi Çempionlar Liqası özü bir brenddir. Onun himni "Tofiq Bəhramov"da səslənəndə biz xalq olaraq bayram edirdik. Gerisini siz düşünün. Təcili olaraq klubların yanaşması dəyişməli və peşəkar marketinq strategiyaları hazırlanmalıdır. İnkişaf bu yolla mümkün olacaq. Düzgün marketinq hər bir kluba marka dəyəri qazandıracaq və bunun sayəsində klublar ciddi maliyyə mənbələri əldə edəcək. Bunun başqa yolu yoxdur.
Samid Saar
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
Sergey Milinkoviçlə müqavilə imzalandı
"Qəbələ" və "Zirə"nin əvəzedicilərindən böyükhesablı qələbə
De Brüyne "Qarabağ"a qarşı oynamayacaq
London klubu Kante ilə yeni müqavilə imzaladı
"Qızlar xarakter göstərdilər" - Siyasət Əsgərov
İqor Tudor “Yuventus”dan qovuldu
U-17 millimiz rəqibinə böyük hesabla məğlub oldu
Azərbaycan millisi Qazaxıstana yenə qalib gəldi
Vinisiusdan Yamala sərt sözlər
Azərbaycanda UEFA Pro kursunun IV mərhələsi başladı
Türkiyə klublarının Avropa qazancı
Kovaçiç “Mançester Siti”dən ayrılır?
Alvaro Karreras Yamalın driblinqinə münasibət bildirdi
İqor Tudorun “Yuventus”dakı gələcəyi sual altındadır
Azərbaycan kubokunun adı dəyişdirildi
100-cü oyun
Qvardiola: “Bu məğlubiyyət bizi daha da gücləndirəcək”
Azərbaycan kubokunda buhəftəki oyunların hakimləri açıqlandı
"Azərbaycanda oynayıramsa, "Qarabağ"ın uğuruna sevinməliyəm" - Portuqaliyalı legioner
"Qəbələ"nin 200-cü məğlubiyyəti
"Kəpəz"in uğursuzluq yubileyi
Andrade üçün əlamətdar oyun
“Bavariya”nın futbolçusu İngiltərə yolunda
Neymarın yeni ünvanı İtaliya ola bilər
"El-Klasiko"da vurulan qollar - Video
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan dünya çempionu oldu
“Azərsun Arena”da qol səssizliyi - Video
“Real” - “Barselona” oyununda qalmaqal - Şəkil
“El-Klasiko”da 3 qol vuruldu
Ayxan Abbasov: "Qarabağ"a qarşı çəkinmədən mübarizə apardıq"
“Qarabağ”dan gözlənilməz xal itkisi, “Neftçi”dən qələbə
Abubakardan Azərbaycandakı debütü ilə bağlı - İlk açıqlama
Samir Abasovdan qələbə şərhi
"Sabah"ın U-12 komandası Türkiyədə çempion oldu
“Qarabağ” - “Şamaxı”: heyətlər
Qazaxıstanda çempion son turda müəyyənləşdi