"Mançester Siti"nin futbolçusu Kevin de Brüyne ötən gün "Liverpul"la matçda əvəzləndiyi üçün baş məşqçisi Xosep Qvardiolaya etiraz edib.
QOL.az "The Telegraph"a istinadən xəbər verir ki, mütəxəssis oyunun 69-cu dəqiqəsində De Brüyneni Mateo Kovaçiç ilə əvəzləyib. De Brüyne isə bundan narazılığını ifadə edib və ehtiyat oyunçular skamiyasında əyləşib..
Xosep Qvardiola görüşdən sonra bu məsələ haqqında danışıb. O deyib:
"Mənim bundan xoşum gəlir. Əgər o əsəbləşirsə, bu yaxşıdır. İndi Kevin xoşbəxtdir. Nə etdiyimi bilirdim. Əvəzləmədən sonra daha yaxşı oynamağa başladıq. Kevinə nə deyə bilərəm? O, bizim üçün çox vacib futbolçudur. Kevinə ehtiyacımız var. Ancaq ikinci hissədə qol buraxdıqdan sonra oyun bizim nəzarətimizdən çıxmışdı və vəziyyəti düzəltmək üçün nəsə etməli idik.
Bizə topu saxlayan futbolçu lazım idi. Söhbət təzyiqdən getmir. Söhbət Kevinin oyununda deyil. Sadəcə Mateo bunu çox yaxşı bacarır... Kevindən razı qaldıq. Problem yoxdur. Hər şey qaydasındadır".
Qeyd edək ki, "Liverpul" - "Mançester Siti" oyunu 1:1 hesabı ilə başa çatıb.
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var