Premyer Liqanın final mərhələsinin ilk oyununda «Qarabağ»a Bakıda 0:2 hesabı ilə məğlub olan «İnter» Ağdam klubunun bu komandayla ev oyununu Quzanlı qəsəbəsində keçirməklə bağlı müraciətinə cavab verib. Qol.Az-ın əldə etdiyi məlumata görə, bu gün «İnter»dən «Qarabağ»a daxil olmuş məktubda qısaca olaraq bildirilib ki, onlar bu məsələylə bağlı fikir ifadə edə bilməzlər və yekun qərarı Peşəkar Futbol Liqası verməlidir.
Bu, o anlama gəlir ki, «İnter» klubu «Qarabağ»la Quzanlıda oynamaqdan imtina edir.
Qeyd edək ki, bir neçə gün əvvəl «İnter»in prezidenti Georgi Nikolov Qol.Az saytına müsahibəsində «Qarabağ»la Quzanlıda oynamaq istəmədiklərini demişdi.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev isə Qol.Az-a bildirib ki, «Qarabağ» klubu çempionatın əvvəlində Quzanlı stadionunu sifariş ərizəsində göstərmədiyindən Ağdam təmsilçisinin sözügedən arenada oynamasına icazə verə bilməzlər: «Bu məsələdə klublar özləri razılığa gəlməlidirlər. Bu halda «Qarabağ»ın ev oyunlarının Quzanlıda keçirilməsinə icəzə veriləcək. Əgər «İnter» Quzanlıda oynamaq istəmirsə, biz Peşəkar Futbol Liqası olaraq, oyunun orada keçirilməsilə bağlı qərar verə bilmərik» - deyə R.Musayev bildirib.
R.Musayev qeyd edib ki, klublar «Qarabağ»la səfər oyununu Quzanlıda keçirmək istəyirsə, bu halda öz razılıq məktublarını rəsmi şəkildə PFL-ə göndərməlidirlər.
Əcnəbilərin rəhbərlik etdiyi «İnter»dən fərqli olaraq, «Neftçi», «Xəzər Lənkəran» və «Bakı» klubu hələlik şifahi şəkildə «Qarabağ»la səfər oyunlarını Quzanlıda keçirməyə razılıqlarını veriblər. Onlar Ağdam azarkeşlərinin doğma komandalarının oyunları öz meydanlarında görməyə haqları çatdığını söyləyib.
Göründüyü kimi, azərbaycanlıların rəhbərlik etdiyi klublar «Qarabağ»ın qaçqın azarkeşləri ilə bağlı həssaslığını çox gözəl anlayır.
Bəs, «İnter» necə, bunu dərk edirmi?
Təəssüf ki, yox…
Mövzuya qayıdacağıq.
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər
"Milan" "Sportinq"ə təklif göndərdi
"Real"dan ayrılacaq 8 futbolçu
Lempardın komandası Premyer Liqada
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Şəkil
Alleqri və Poçettino...
“Neftçi”dən sərt reaksiya - Şəkil
Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa
Renat sona kimi ehtiyatda qaldı
“İnter” çempionluğa bir addım da yaxınlaşdı
“Fənəbaxça” üçün son dəqiqə şoku - Video
Mahir ehtiyatda qaldı, komandası uduzdu
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi