Portuqaliyanın "A Jogo" idman nəşrində Ağdamın "Qarabağ" klubuna həsr olunan geniş yazı hazırlanıb.
QOL.az xəbər verir ki, yazı Azərbaycan çempionunun "Braqa" (Portuqaliya) ilə Avropa Liqasının pley-off mərhələsinin Bakıda keçiriləcək cavab matçı yayımlanıb. Məqalə qəzetin manşet - əsas yazısı kimi oxuculara təqdim olunub.
Yazının müəllifi olan Pedro Kadima əvvəlcə "Qarabağ"ın Avropadakı uğurlu çıxışlarının tarixçəsinə toxunur.
Qeyd edilir ki, onqat Azərbaycan çempionu olan “Qarabağ”ın tarixi on altı mövsümdür komandanı çalışdıran Qurban Qurbanovun xəyal komandası ilə doludur. Müəllif klubun ölkənin qida şirkəti "Azərsun"un sponsorluğu və Gözəl ailəsi tərəfindən dəstəkləndiyini qeyd edir. Hazırda kluba Abdolbari Gözəlin oğlu Tahir Gözəlin prezidentlik etdiyi xatırladılır.

O qeyd edir ki, “Qarabağ” uğurlu oyunu ilə Azərbaycan qürurunu çox alovlandırdı: "Lakin hər şeydən əvvəl keçmişi ilə bağlı xatirələri canlandırdı. Nəhayət, Azərbaycanın paytaxtı Bakıda, təxminən 400 km məsafədə məskunlaşana qədər ünvandan-ünvana köçən bir klub olmağın necə bir şey olduğunu xatırlatdı".
Ağdamı cəngavərlərin doğulduğu şəhər adlandıran müəllif şəhərin 30 il hərbi dəhşətə məruz qaldığını qeyd edir, Azərbaycanın 2020-ci ildəki son hərbi manevrlərinin qələbə və əzmkarlıqla başa çatdığını vurğulayır.
"Qarabağ" məstedici parlaq oyun və cəsarətli tiki-taka nümayiş etdirərək bütün Avropaya kartlarını yaydı. Lakin hər zaman bunu öz doğma vətənindən, stadionundan uzaqda etdi. Onlar ölkə daxilində fanatlar qazandı, Azərbaycan futbolunun reallıqlarından uzaq olan ağlasığmaz nəticələr əldə etdi. O cümlədən 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində yarışdı".
Müəllif qeyd edir ki, 1992-ci ildən başlayaraq "Qarabağ"ın köçəri həyat tərzinə başlayıb, komanda müxtəlif şəhərlərdə oynayıb, nəhayət, 2001-ci ildə Bakıya köçüb: "Onun kökləri toqquşmalar və işğallarla məhv edildi, Ağdam təslim oldu, xarabalığa çevrildi, Qafqazın Xirosiması adlandırıldı.
Azərbaycan komandası bu sentimental yükü daşıyır. Onlar qafqazlı kimliyindən uzaqda qazandığı şöhrətə görə tərəfdarlarına borcludur. Lakin bu adı ("Qarabağ"ı - red.) dünyaya yaymaq üçün mübarizə aparır".
Yazıda artıq Ağdamda yenidənqurma işlərinin başlandığı, orada yeni stadionun tikiləcəyi, komandanın bir gün öz evinə dönəcəyinə qeyd edilir: "Onu bərpa etməyə uzun illər tələb olunsa da, bu, təsəlliverici əminlikdir".
Müəllif qeyd edir ki, hazırda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun köməkçiləri sırasında yer alan Müşfiq Hüseynov 1980-ci illərin ortalarından komandada fəaliyyət göstərir. "O, 1988/89 mövsümündən əsas komandada futbolçu kimi çıxış etməyə başlayıb" - yazan müəllif M.Hüseynovun fikirlərinə də geniş yer ayırıb.
M.Hüseynov müsahibədə "Qarabağ"ın müharibə illərindəki çıxışlarına toxunur. "Biz yaxşı mübarizə aparan iddialı komanda idik. Oyunçuların böyük əksəriyyəti Qarabağ bölgəsindən idi. 12-13-ü hətta Ağdamdan olan yerlilər idi. Bizi birləşdirən çox vacib bir şey vardı. Hərbi münaqişə vaxtı biz futbol barədə düşünmək istəmirdik. Hamımız orduya yazılmaq, düşmənlə vuruşmaq və ərazimizi qorumaq istəyirdik" - deyə 54 yaşlı keçmiş hücumçu xatırlayır.
O, daha sonra bildirir: "Bizə dedilər ki, oynamaq lazımdır, “Qarabağ” komandası yaşamalıdır. Və o, yoxa çıxa bilməzdi. Sonra “Qarabağ”ın adının gücünü qoruyub saxlamaq, klubu çox çətin bir zamanda ayağa qaldırmağın vaxtı çatdı. Biz çox çətin şəraitdə oynayır və məşq edirdik. Stadionun ətrafına bombaların necə düşdüyünü ancaq bunu yaşayanlar bilə bilər. Biz bunu izləyirdik, kədərli idi, amma insanlar həmişə bizimlə idi. Biz bütün bölgəni təmsil edirdik, azarkeşlərimizin sevgisini duyurduq. Onlar bombalar partlayanda da bizi tək qoymadılar. Hər oyunda 500 və ya 1000 azarkeşimiz olurdu. Bu, qeyd-şərtsiz sevgi idi.

Müharibə başlayanda biz oyunçular çox gənc idik. Biz həyatı, nə baş verdiyini, həqiqətən də çox da yaxşı başa düşmürdük, hər şey qəribə idi. Biz yalnız bir şeyi başa düşürdük: klub bu böhranlı vəziyyətdə (Ağdam işğal olunandan sonra - red.) yaşamalıdır. Bu, çətin və dramatik anlar idi. Sonra biz Mingəçevirə getdik, heç nəyimiz yox idi, heç kim maaş almırdı. Klubun prezidenti Adil Nadirov kömək etdi. O, “Qarabağ”ın məhv olmaması üçün çox mübarizə apardı. O, həqiqətən də bugünkü uğuru görmək istərdi. Çünki klub Azərbaycanı Avropada təmsil edir.
Sonra başqa bir şəhərə, Əli-Bayramlıya (indiki Şirvan - red.) getdik, orada bir neçə ay qaldıq. Daha sonra 5 il Sumqayıtda oynadıq. 2001-ci ildə Bakıya köçdük. Çətin illər idi. Yalnız 2001-ci ildə “Azərsun” şirkətinin sponsorluğu ilə "Qarabağ" Azərbaycan futbolunda hökmranlıq etməyə başladı, özünün möhtəşəm bir dövründə inkişaf etməyi bacardı”.
Azərbaycan millisindən möhtəşəm qol - Video
"Qalatasaray" səfərdə məğlub oldu
"Ronaldo ilə eyni klubda oynamaq istəyərdim"
"Bavariya"nın futbolçusu sıradan çıxdı
Fofana meydan qovuldu, "Çelsi"nin antirekordu yeniləndi
Abubakar dubl etdi, "ağlar" qalib gəldi
Beş ildən sonra ilk qolunu vurdu
Qollarının ardı-arası kəsilmir - 6 matçda 9 dəfə
"Borussiya"dan "Real"a keçə bilər
"Yuventus"dan gözlənilməz məğlubiyyət
"Barselona" Reşfordu onunla əvəzləyə bilər
Baş məşqçi azarkeşlərin "istefa" şüarına reaksiya verdi
40 yaşlı futbolçudan yeni rekord
Azərbaycan millisi Belarus yığmasına qalib gəldi
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
Klub rəhbərliyi baş məşqçiyə konkret hədəf təyin etdi
Füzuli Məmmədov: “Sizinlə razı deyiləm”
Ərəblərdən "Barselona" futbolçusuna 40 milyonluq təklif var
Felipe Santosdan Yevlaxda 2 qol - Video
"Yaşlandıqca müdrikləşir, oyunu daha yaxşı anlayır"
"Araz-Naxçıvan" "Karvan-Yevlax"a qalib gəldi
Millimizin dünya çempionatı üçün heyəti
UEFA “Qarabağ”ı bu şüara görə cəzalandırdı
Tramp Ronaldoya: "Əşyalarını yığ, ABŞ-də bizə lazımsan"
"Karvan-Yevlax" - "Araz-Naxçıvan" - Heyətlər
Federasiyaya yeni baş katib təyin edilib
Neymar: "Əsas məqsədim dünya çempionatını qazanmaqdır"
“Orada həyatıma təhlükə yüksək idi” - “Zirə”nin legioneri
UEFA “Barselona”nı cərimələyib
“Nyukasl”dan Bakı səfəri ilə yeni paylaşım - Video
Zidanın yeni iş yeri ilə bağlı iddia
Renat oynadı, komandası qalib gəldi
Superliqada 23-cü tura start verildi
“Sumqayıt” - “Qəbələ” matçında qalib aşkarlanmadı - Video
"Turan Tovuz" "Zirə"yə belə qalib gəldi - Video
"Bir xalı qənaətbəxş sayıram" - Saşa İliç
"Turan Tovuz" 3-cü pilləyə yüksəldi, Sumqayıtda heç-heçə
Azərbaycan çempionatında final partiyaları oynanılıb
Sadıqov “Turan Tovuz” azarkeşlərinin şüarı haqda - Video
"Turnir cədvəlinə fikir vermirik" - Kurban Berdıyev
"Komandada çaşqınlıq var idi" - Rəşad Sadıqov