“Sabah”ın sabiq futbolçusu Aleksandr Neçayev yeni klubu “Qomel”in (Belarus) rəsmi saytına müsahibə verib.
QOL.az xəbər verir ki, o, "Sabah"dan, Misli Premyer Liqasından və digər mövzulardan danışıb.
29 yaşlı qapıçı “Sabah”a gəlişinə də toxunub: "Sabah"a keçidim gözlənilmədən baş verdi. Tanıdığım bir menecer zəng vurdu, konkret təkliflə çıxış etdi. İlk dəfə belə durumla qarşılaşırdım. Çünki müqavilə hazır idi. Mən sadəcə əvvəlki müqaviləmi ləğv etməli oldum. Təlim-məşq toplanışına qatıldım, sözləşmə imzaladım. Üstəlik "Sabah"a Murad Musayev rəhbərlik edirdi. O, Rusiya Premyer Liqasında kifayət qədər güclü təsir bağışlayan, avrokuboklarda mübarizə aparan “Krasnodar”a da baş məşqçilik etmişdi. Mən həqiqətən də "Sabah"a getmək istəyirdim”.
Futbolçu Azərbaycanda qarşılaşdığı çətinliklərdən də söz açıb. O, burada legioner limiti olduğu üçün əsas heyətə düşə bilmədiyini qeyd edib: "Azərbaycanda əcnəbilər futbolçular və gənc oyunçular üçün limit var idi. Ona görə də mövsümün əvvəlində baş məşqçi Murad Musayev ilə əlaqə saxladıq. O izah etdi ki, klubun hədəfləri var və gənc futbolçu limitində qapıçı olmalıdır. Bəli, ilin ilk hissəsi belə başa çatdı. Daha sonra isə nəyin alınmadığını bilmirəm. Mən əlimdən gələni etdim. Onu bilirəm ki, oradakılardan daha yaxşı görünürdüm. Amma alınmadı. Yəqin ki, belə olmalı idi. Buna baxmayaraq, “Sabah”a keçdiyim üçün hələ də şadam. Komandada oynaya bilməsəm də, böyük təcrübə və yaxşı dostlar qazandım. Onlarla indi də əlaqə saxlayıram".
A.Neçayev futbolunun müsbət tərəflərindən danışıb: “Azərbaycana kifayət qədər legioner axını var. Yəni, orada fərqli maliyyələşmə var. Azərbaycana keyfiyyətli əcnəbi oyunçular gedirlər. "Sabah"ın heyətində vaxtilə “Barselona”da oynamış bir oyunçu da yer alırdı (Xuan Kamara - red.). Belə futbolçularla birlikdə məşq edəndə belə inkişaf edirsən. Bu cür komandalarda gənclər daha sürətlə inkişaf edirlər. Azərbaycanda komanda sayı azdır, amma onların hər birinin öz stadionu, bazası, məşq meydanı, büdcəsi var. Buna görə də Azərbaycanda oynamaq Belarusdakından daha maraqlıdır”.
Qeyd edək ki, Aleksandr Neçayev 2022-ci ilin yanvarından dekabrına qədər “Sabah”ın formasını geyinib.
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu