"Bavariya"nın futbolçusu bir neçə həftə oynamayacaq

"Bavariya"nın futbolçusu bir neçə həftə oynamayacaq
XƏBƏR 25 Yanvar 2024 / 12:58 9853
-  A +

"Bavariya"nın futbolçusu Dayo Upamekano zədələnib.

QOL.az xəbər verir ki, 25 yaşlı müdafiəçi Bundesliqanın 13-cü turunda təxri əsalınan və ötən gecə keçirilən "Union"la matçda (1:0) sıradan çıxıb. 

"Bavariya"nın baş məşqçisi Tomas Tuhel görüşdən sonra açıqlamasında fransalı futbolçunun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağını bildirib:  "Upamekanonun sağalması günlər deyil, həftələr tələb edəcək"

Qeyd edək ki, Dayo Upamekano bu mövsüm "Bavariya"nın heyətində 22 matça çıxıb və 1 qol vurub.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner