Xəbər verdiyimiz kimi, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünən Almaniyada “Bayer”in baş məşqçisi Xabi Alonso ilə görüşüb.
Səfərin məqsədi Xabi Alonsonun məşq metodları ilə maraqlanmaq və Almaniya təmsilçisinin düşərgəsində təcrübə toplamaqdır. Görüş zamanı Q.Qurbanov Xabi Alonsoya xatirə hədiyyəsi - çərçivəyə salınmaqla xüsusi hazırlanmış simvolik xalça təqdim edib.
Bəs, bu xalçanın mənası nədir?
QOL.az xəbər verir ki, Feysbukdakı “Qarabağ Football Club” səhifəsi bununla bağlı paylaşım edib. Qeyd olunub ki, Qurban Qurbanovun Xabi Alonsoya hədiyyə etdiyi "xalça" Qarabağ tipinə aid ən maraqlı xovlu xalçalarından biri olan “Çələbi” xalçasıdır.
Xalçanın adı Oğuz türklərinin soyundan olan məşhur “Çələbi” tayfasının adından qaynaqlanır. Çələbilər Osmanlı sultanlığı, İraq və Azərbaycan ərazilərində yayılmışlar. Şimali Azərbaycanda Çələbilərə aid Nuxa (indiki Şəki), Bərdə və Cəbrayıl ərazisində bir neçə məkan adları mövcuddur. “Çələbi” və ya “Bərdə” adlı xalça kompozisiyası ilk dəfə Qarabağın ətraf kəndlərində, o cümlədən Bərdənin 10 km şərqində yerləşən Çələbi kəndində toxunub. Bu xalça üç göl kompozisiyası əsasında tərtib olunub. Qarabağ xalçalarında geniş yayılmış “Günəş” və ya “Çələbi” adlı göl elementi hər tərəfə şüalarını yayan günəşin rəmzi olub, həm də ilahi nura işarədir.
Qarabağ xalçalarının bəzən digər qrupları arasında da istifadə olunan on iki və ya on altı ləçəkli oxşəkilli, girintili-çıxıntılı formalardan ibarət olan göl elementi əsasən “Əjdahalı” xalçaların bədii quruluşunda xüsusi yer tutur.
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu