“Standard” komandasının qapıçısı Hüseyn Məhəmmədovun Qol.Az saytına müsahibəsi
- Hüseyn, gec də olsa “Standard”ın “Neftçi” ilə oyunu barədə sənin fikirlərini öyrənmək istərdik.
- Biz Prmeyer Liqanın birinci dövrəsində “Neftçi”ni məğlub etmişdik. Bu dəfə də qələbə bizim olacaqdı. Amma son dəqiqələrdə müdafiəmizdəki boşluq üzündən qol buraxdıq. “Neftçi»lə oyun ya bizim qələbəmiz, ya da heç-heçə ilə başa çatmalıydı. Ancaq alınmadı..
- Növbəti rəqibiniz “İnter”dir. Səncə, komandanız çempiona qarşı necə mübarizə aparacaq?
- Hər oyuna olduğu kimi, bu dəfə də qələbəyə oynayacağıq. Bu oyuna çox ciddi yanaşırıq. Çünki rəqib çox güclü komandadır. Premyer-liqanın son çempionudur. Amma çalışacağıq bu oyunda xal ala bilək. Bu, bizə vacib lazımdır.
- “Standard”ın nə çempion olmaq, nə də ölkə kubokunu qazanmaq üçün şansı var...
- Düzdür, bizim mükafatçılar sırasına düşmək imkanımız yoxdur. Amma o demək deyil ki, biz xal paylaya-palaya gedəcəyik. Komandamızın ilk 5 yerdən birini qazanması mümkündür. Bu gün “Standard”ın bu nəticəni qazanması çox yaxşı olar. Çünki komandamız gəncdir. Uğur qazanması, ölkəmizi Avropada təmsil etməsinə təkan verə bilər.
- “Standard”ın birinci dövrədə çempionata yaxşı başlamışdı. Lakin sonradan oyunlarda xal itirdi. Bunun səbəbini nədə görürsən?
- Bu gün də biz yaxşı oyun göstəririk. Amma futbolda hər şey olur. Yəni bu gün bir komandanı məğlub edirsənsə, sabah onunla oyunda uduza bilərsən. Bir sözlə, komandanın hər dəfə qələbə qazanması mümkün deyil. “Neftçi” ilə birinci dövrədə oyunumuz əla oldu. Buna görə onları məğlub etdik. İkinci dövrədə isə bərabər səviyyəli oyun olsa da, onları qələbə qazandı.
- Bəzi komandalar var ki, onlar yerli futbolçulara deyil, əcnəbilərə daha çox şans verir. Buna münasibətiniz necədir?
- Açığı, mən yerli futbolçuların oynamasının tərəfdarıyam. Əcnəbilərin çoxluğu bizim futbola bir xeyir verməyəcək. Buna hamımız inanmalıyıq. Legionerlərin çoxluğu milli komanda üçün də pis haldır. Əgər əcnəbilərə limit tətbiq olunsa, yerli oyunçuların sayı artar. Bir də bizim futbolçular daha əzmkar mübarizə aparırlar. Azərbaycan futbolunun inkişafı naminə əllərindən gələni edirlər. Bir sözlə, əcnəbilərin bizlərə ancaq ziyan verir. Legioner olar, amma uzağı hər oyunda beş nəfərə. Onlarda səviyyəli olmalıdır. Bu gün Azərbaycanda səviyyəli əcnəbi çıxış etmir. Elə götürək “Neftçi”də oynayanları. Onların hazırlığı nə vəziyyətdədir. Səviyyələri çox aşağıdır. Belələrinin olmağındansa, olmaması məsləhətdir.
- “İnter” komandasında isə yerli futbolçular barmaqla göstərilir. Onlarda ehtiyat skamyada otururlar...
- Onların işlərinə qarışa bilmərəm. Ümumi götürəndə isə bu gün klublarımız Azərbaycan futbolunu fikirləşmirlər. Limit məsələsində AFFA-nı da günahkar saymaq olmaz. Çünki onlar Azərbaycan futbolunun inkişaf etməsini istəyirlər. Hər halda legionerlərə limit qoyulmaması müvəqqəti bir prosesdir.
- Təcrübəli bir futbolçu kimi milli komandanın Dubaydakı təlim-məşq prosesində keçirdiyi oyunları barədə nə deyərdin?
- Küveytlə oyuna ərəb kanalında baxdım. Millimizdə futbolçu çatışmazlığı var. Yerlilər azdır. Onlarında təcrübəsi kifayət qədər deyil. Məşqçi də seçim etməkdə problemlə üzləşir. Bunun üçün klublarımızda legionerlər deyil, yerli oyunçular oynamalıdır.
- Qarşıda milli komandamızı Rusiya oyun gözləyir. Bu barədə nə deyərdin?
- Rusiya ilə müqayisədə bizim səviyyəmiz çox aşağıdır. Onların futbolçuları Avropanın öndə gedən klublarında oynayırlar. Buna görə oyun çox çətin olacaq. Onlara gücümüz çatar və ya çatmaz, bunu dəqiq deyə bilmərəm. Amma lazımi nəticəni qazanmaq üçün sona qədər mübarizədə olmaq vacibdir.
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır
Azərbaycanda ən çox azarkeş toplayan komandalar açıqlandı
UEFA Azərbaycan klublarına nə qədər maliyyə vəsaiti ayırıb?
Rövşən Nəcəf Ayxan Abbasovun işinə qiymət verdi
"O stadion təmirə bağlanır" - Cahangir Fərəcullayev
İllik gəlir 61 milyon manat olub - AFFA açıqladı
AFFA-nın Hesabat Konfransı keçirilir
Del Pyero İtaliya millisi haqda - "Bu, rüsvayçılıqdır"
AFFA-da klublar üçün seminar
Ronaldo hazırdır
İtaliya millisinin baş məşqçisi vəzifəsinə 3 əsas namizəd
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video