"Qarabağ"la oyunda lazım olanı edəcəyik" - Eddi İsrafilov

"Qarabağ"la oyunda lazım olanı edəcəyik" - Eddi İsrafilov
XƏBƏR 16 Dekabr 2023 / 23:45 3658
-  A +

"Neftçi"nin yarımmüdafiəçisi Eddi İsrafilov klubun televiziyasına açıqlama verib.

QOL.az xəbər verir ki, hücumçu özünün hazırkı durumundan və komandanın vəziyyətindən danışıb:

"Zədədən sonra artıq kollektivlə bərabərəm. Son oyunda da meydana start heyətində çıxmışdım. Təbii ki, son oyunlarda yaxşı oynamağımız sevindirici haldır. Üstəlik, kompakt futbol oynayırıq. Ardıcıl qələbələr gəlir. Düzəltməli olduğumuz detalları da yoluna qoyuruq. Qələbələr gəldikcə, səhvləri daha rahat aradan qaldırmaq olur".

İsrafilov Misli Premyer Liqasının 17-ci turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyun haqında fiikirlərini bölüşüb: "Qarabağ" güclü və çətin rəqiblərdəndir. Əlbəttə, çətin oyun olacaq. Nə etmək lazımdırsa, onu edəcəyik. "Qarabağ"la görüşdə qələbə qazanmağa çalışacağıq".

Əlavə edək ki, dekabrın 18-də keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 20:00-da başlayacaq.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner