Bu gün AZAL klubunun yeni stadionunun sertifikatının təqdimetmə mərasimi keçirilib. Qol.Az-ın məlumatına görə, klubun prezidenti Vaqif Qasımov stadionun tikintisinə 2009-cu ilin mart ayından başlandığını, dünyadakı iqtisadi böhrana baxmayaraq, tələb olunan vəsaitin sponsorlar tərəfindən ödənildiyini deyib. O, artıq stadionun istifadəyə verilmə ərəfəsində olduğunu bildirib. V.Qasımov “Şəfa”da çıxış etdikləri müddətdə stadiondan lazımi qədər istifadə edə bilmədiklərini, arenanı icarəyə götürən «İnter»in burda daha çox söz sahibi olduğunu vurğulayıb.
O, Şüvəlandakı stadionlarının süni örtüklü olduğunu söyləyib. Bildirib ki, bu arena «Şəfa»dan müsbət mənada fərqlənir: «Stadion süni örtüklü olsa da, futbolçuların zədələnmə riski az olacaq».
Vaqif Qasımov bundan başqa, stadionda otel, yardımçı meydançaların, müasir trenajor zalı və baseynin oduğunu bildirib: «Ancaq orada işlər tam olaranq stadionun açılışından təxminən 5-6 ay sonra yekunlaşacaq».
V.Qasımov deyib ki, AZAL-ın aşağı yaş qrupları üzrə komandaları da yeni stadiona köçürüləcək.
Daha sonra stadionun ot örtüyü və işıqlandırma sistemini quran UEFA-nın süni örtüklərin quraşdırılması üzrə komitəsinin üzvü Dmitri Bratanov yeni stadionun Avropada 2 ulduz alan 5 stadiondan biri olduğunu vurğulayıb. Eyni zaman da AFFA-ya məxsus “Dalğa” stadionunun da bu sırada yer aldığını deyib. O, UEFA nümayəndələrinin bu stadiona vaxtaşırı baş çəkdiyini və görülən işlərin nəticəsində bu sertifikatın əldə olunduğunu bildirib.
Layihənin maliyyə dəyəri isə açıqlanmayıb.
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı