"Qarabağ"la oyunda meydanda canımı qoyacam ki, "Neftçi" qələbə qazansın"

"Qarabağ"la oyunda meydanda canımı qoyacam ki, "Neftçi" qələbə qazansın"
XƏBƏR 14 Dekabr 2023 / 14:19 3992
-  A +

"Neftçi"nin futbolçusu Yuri Matias Misli Premyer Liqanın 17-ci turunda "Qarabağ"a qarşı keçiriləcək oyunla bağlı fikirlərini bildirib.

QOL.az xəbər verir ki, braziliyalı futbolçu bu gün keçirilən mətbuat konfransında bildirib ki, həm klub, həm də azarkeşlər üçün bu oyunun əhəmiyyətini bilir. 

Həmçinin oxuyun: "Bu gün “Qarabağ”ın qələbə qazanmasını istəyirəm" - "Neftçi"nin legioneri

28 yaşlı mərkəz müdafiəçisi xatırladıb ki, bu mövsüm artıq bir dəfə “Qarabağ”la qarşılaşıblar.

"Bizim üçün də maraqlı oyundur. Hər bir futbolçu istəyir ki, güclü rəqiblə üz-üzə gəlsin. Rəqib güclüdür. Amma biz də “Neftçi”yik və heç kimdən çəkinmirik. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Müdafiəçi üçün qol sözü vermək çətindir. Amma söz verirəm ki, meydanda canımı qoyacam ki, “Neftçi” qələbə qazansın" - deyə o qeyd edib.

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu dekabrın 18-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlanacaq.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner