Ali Şən:"Azərbaycana məğlub olan Türkiyə millisinə "keçmiş olsun"

Ali Şən:"Azərbaycana məğlub olan Türkiyə millisinə "keçmiş olsun"
ÖLKƏ FUTBOLU 3 Mart 2011 / 12:55 3040
-  A +

"Fənərbaxça" klubunun sabiq prezidenti Ali Şən maraqlı açıqlamaları ilə diqqət çəkib. Qol.Az-ın məlumatına görə, Şən Türkiyə yığmasının AÇ-2012-nin final mərhələsinə gedəcəyinə inanmadığını bildirib:

"Azərbaycan kimi zəif rəqiblərə məğlub olan Türkiyə millisinə "keçmiş olsun". Quus Hiddinki bir məşqçi kimi bəyənirəm. İstəyirəm ki, o Türkiyə yığmasını zirvələrə daşısın. Lakin onun Türkiyəyə 3 həftədən bir gəlməsi heç də yaxşı əlamət deyil. Əgər sən bir komanda çalışdırırsansa, vaxtının çox hissəsini bu ölkədə keçirməlisən. Yoxsa, sən get Hollandiyada otur və 3 həftədən sonra Türkiyəyə gəl. Belə məşqçimi olar?

Bunu başqa ölkələrdə edib. Lakin bura Türkiyədir. Dünya 3-cüsü olan bir komandadır. O, milli komandaya daha ciddi yanaşmalıdır. Ailəsi və uşaqlarını da Türkiyəyə gətirməlidir. Çox pul qazanır, lakin ortada bir şey yox. Hiddinkdən belə hərəkət gözləməzdim. Lakin artıq gecdir. Onsuz da Türkiyə millisi Avropa çempionatının final mərhələsinə gedə bilməyəcək".

Daha çox


Son xəbərlər