Mayın 19-da Bakıda keçiriləcək "Neftçi"- "Xəzər Lənkəran" qarşılaşmasından əvvəl Zaur Tağızadənin futbolla vidalaşmaq tədbiri təşkil olunacaq. Qol.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytına "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Əşrəfoğlu məlumat verib.
Departament rəisi tədbirdə bir çox planların həyata keçiriləcəyini bildirib:"Neftçi"nin prezidenti Sadıq Sadıqov həmişə həyatını idmana həsr edənləri, futbol veteranlarını xüsusi diqqətdə saxlayır və onlara qayğısını hər zaman nümayiş etdirir. Bilirsiniz ki, Zaur Tağızadə həm "Neftçi"də, həm də milli komandada göstərdiyi ustalıqla 10 minlərlə futbolsevərlərin rəğbətini qazanıb.
Klub prezidenti zədəsi səbəbiylə yaşıl meydanlardan uzaqlaşan Zaur Tağızadə ilə görüşərək, onun flaqmanda məşqçi kimi çalışmasını istədi. Məhz həmin görüşdən sonra "Qızıl oğlan" əvəzedicilərimizdən ibarət komandamızda məşqçi kimi yenidən "Neftçi"yə xidmət göstərməyə başladı.
Klub rəhbərliyi 19-cu Azərbaycan Premyer Liqasının son turunda baş tutacaq "Neftçi"-"Xəzər Lənkəran" matçında Zaur Tağızadənin futbolla vidalaşma mərasimini təşkil edəcək".
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı