“Neftçi”nin və milli komandanın aparıcı futbolçularından Elmar Baxşiyev sabah keçiriləcək “Bakı” - “Neftçi” matçı öncəsi Qol.Az-a müsahibə verib
- Sabahkı oyundan nə gözləyirsən?
- Maraqlı oyun olacaq. Hər halda, mən belə düşünürəm. İnanıram ki, azarkeşlər stadiona gəldiklərinə peşman olmayacaqlar.
- Əvvəlki illərlə müqayisədə “Bakı” çempionluğa oynasa da, “Neftçi” bütün iddiasını itirib. Bu amil oyundakı prinsipiallığı azaltmayacaq ki?
- Yox, mən belə düşünmürəm. Çünki “Neftçi” həmişə “Neftçi”dir. Bir də ki, “Bakı”-“Neftçi” derbiləri ilk günlərindən öz gərginliyi ilə seçilib.
- “Neftçi”nin bu oyuna lazımınca hazır olduğunu demək olar?
- Bunu sabahkı qarşılaşmadan sonra söyləmək mümkündür. Odur ki, gəlin, tələsməyək.
- Klubunuzun düşərgəsində əhval ruhiyyə necədir?
- Yüksək səviyyədə. Bu baxımdan heç bir problem yoxdur.
- “Bakı”da keçmiş komanda yoldaşların Mahmud Qurbanovla Georgi Adamiya yer alıb. Onlara qarşı oynmaq sənin üçün çətin olmayacaq?
- Məncə dediyiniz futbolçulara qarşı oynamaq çox maraqlı olacaq.
- Rəqibin heyətində ən çox çəkindiyin futbolçu kimdir?
- Biz komanda olaraq “Bakı”nın heyətində heç kimdən çəkinmirik.
- Yaxşı kimdən ehtiyat edirsən?
- Elə Mahmud Qurbanovla Georgi Adamiyanın adını çəkə bilərəm. Hər ikisi çox güclü futbolçulardır. Amma bu, o demək deyil ki, digər futbolçular zəifdirlər. “Bakı”nın heyətində yer alan futbolçular istənilən rəqibə istənilən anda təhlükə yaradacaq gücdədirlər.
- İlk dövrə ilə indiki “Neftçi”ni müqayisə etdikdə daha çox nəyin dəyişdiyini görmək olar?
- Futbolçuların.
- Bəs oyun planı baxımından? Bu arada “Standard”ı çətinliklə məğlub etdiniz.
- Bilirsiniz, ilk oyunlar həmişə ağır olur. Buna görə “Standard”la qarşılaşma bizim üçün çətin keçdi. Turlar keçdikcə kollektiv bir-birinə tam uyğunlaşacaq və bu problem də aradan qalxacaq.
- Milli komandanın son toplanışı haqqında da fikirlərini bilmək pis olmazdı.
- Çoxları deyir ki, bu toplanış bizə o qədər də lazım deyildi. Amma əksinə, mən düşünürəm ki, çox lazımlı idi. Uşaqların bir-birinə uyğunlaşması baxımından milli komandanın tez-tez bir araya gəlməsi faydalıdır.
- Rusiya ilə oyun öncəsi də müxtəlif fikirlər səslənməkdədir. Sən necə düşünürsən, Moskvadan xalla dönə bilərik?
- Niyə də yox? Bu futboldur. Futbolda isə hər şey mümkündür.
- Bunun üçün ən əsas tələb olunan faktor nədir?
- Əzmkarlıq.
- İndiki milli üzvlərindəki əzmkarlıq Rusiyadan xalla dönməyimiz üçün kifayət edəcək?
- Bunu zaman göstərəcək. Amma təlim-məşq toplanışlarında hamı var gücünü ortaya qoyurdu. Hiss olunur ki uşaqlarda istək var. Bu isə vacib oyunlar öncəsi çox vacibdir. Hər halda mən komandamıza inanıram.
- Açıqlanan son siyahıda “İnter”in gənc futbolçuları Elvin Məmmədovla Cavid Hüseynovun adları yoxdur. Səncə onlar doğrudan bu qədər zəifləyiblər?
- Adını çəkdiyiniz hər iki futbolçu öz klubunda ehtiyatda otururlar. Bu isə onların millidəki karyerasına birbaşa təsir edir. Buna görə də Foqts bu futbolçuları növbəti toplanışa çağırmadı. Mən burada başqa səbəb görmürəm.
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır
Azərbaycanda ən çox azarkeş toplayan komandalar açıqlandı
UEFA Azərbaycan klublarına nə qədər maliyyə vəsaiti ayırıb?
Rövşən Nəcəf Ayxan Abbasovun işinə qiymət verdi
"O stadion təmirə bağlanır" - Cahangir Fərəcullayev
İllik gəlir 61 milyon manat olub - AFFA açıqladı
AFFA-nın Hesabat Konfransı keçirilir
Del Pyero İtaliya millisi haqda - "Bu, rüsvayçılıqdır"
AFFA-da klublar üçün seminar
Ronaldo hazırdır
İtaliya millisinin baş məşqçisi vəzifəsinə 3 əsas namizəd
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video