Araz Abdullayevin komanda yoldaşı "Ferrari" ilə qəza törətdi

Araz Abdullayevin komanda yoldaşı "Ferrari" ilə qəza törətdi
ÖLKƏ FUTBOLU 1 Mart 2011 / 00:17 6849
-  A +

İngiltərənin "Everton" klubunun futbolçusu Lui Saa "Ferrari" avtomobili ilə qəzaya düşüb. Qol.Az-ın BBC-yə istinadən xəbərinə görə, Saa Çeşir qraflığına gedən yolda kəndin içi ilə hərəkət edərkən avtomobilin idarəetməsini itirib.
 
Nəticədə maşın hasara çırpılıb. Həmin vaxt avtomobildə tək olan futbolçu xəsarət almayıb. Polis hadisənin təfərrüatlarını öyrənir.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi 2009-cu ildə Kriştianu Ronaldunun "Ferrari" ilə qəzaya düşdüyü yerdə baş verib. Kupe tipli bu avtomobilin 170 min funt qiyməti var. "Everton"un sıralarına qatdığı futbolçular arasında azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayev də var.

Daha çox


Son xəbərlər