Avro-2024-ün seçmə mərhələsinin ən yaxşı qolu adına namizədlər müəyyənləşib.
QOL.az xəbər verir ki, namizədlər sırasında Azərbaycan millisinin kapitanı Emin Mahmudovun Bakıda İsveçə 3:0 hesabı ilə məğlub etdiyi görüşdə meydanın mərkəzindən vurduğu qol da yer alıb. 31 yaşlı yarımmüdafiəçi ilə yanaşı, Kristian Aslani, Yasir Asani (hər ikisi Albaniya), Bukayo Saka (İngiltərə), Yan Vipotnik (Sloveniya), Asxat Taqlbergen (Qazaxıstan), Kilian Mbappe (Fransa), Leandro Trossard (Belçika), Sandro Volfinger (Lixtenşteyn) və Yunus Akgün (Türkiyə) də namizəddir.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə nəticəsində bəlli olacaq.
Qeyd edək ki, Emilin sözügedən qolu Avro-2024-ün seçmə mərhələsində 9-cu turun ən yaxşı qolu seçilmişdi.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi