"Neftçi" klubunun rəhbərliyi perspektivli futbolçuların üzə çıxarılması məqsədilə B komandası yaradıb. Qol.Az-ın məlumatına görə, bu haqda xəbəri klubunun rəsmi saytı yayıb.
Məlumatda deyilir ki, Sadıq Sadıqov "Neftçi"nin prezidenti olduqdan sonra, komandada əsas prioritet istiqamətin gənc futbolçuların yetişdirilməsi və milli komandaya qazandırılması olduğunu bildirmişdi. Hazırda "Neftçi"də müxtəlif yaş qrupları üzrə 450-dən çox uşaq və yeniyetmə futbolun sirlərinə yiyələnir. Onların içərisində bir çox istedadlı futbolçu top qovur.
Bundan sonra 1992-96-cı il təvəllüdlü perspektivli futbolçular yeni yaradılmış B komandasının məşqlərində iştirak edəcəklər. Daim perspektivli yerli futbolçulara qayğı göstərən klub rəhbərliyi B komandasını yaratmaqla, istedadlı yerli futbolçuları gələcəkdə əsas komandaya qazandırmaq məqsədi güdür.
B komandasına cəlb olunacaq futbolçular, təcrübəli mütəxəssis Nazim Əliyev və komandanın fiziki hazırlıq üzrə məşqçisi Mehmet Akın rəhbərliyi altında keçiriləcək məşqlərdə özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaqlar.
Onlar bu məşqlərdə iştirak etməklə, gələcəkdə əsas komanda da tətbiq edilən oyun modelini də dərindən mənimsəyəcəklər.
Beləliklə gələcəkdə onlar əsas komandanın üzvlərinə çevrildikdə yeni sistemə uyğunlaşmaq problemi ilə qarşılaşmayacaqlar. Həftə ərzində baş tutacaq məşqlərdə iştirak edəcək gənc futbolçular, oyunlar zamanı komandalarının düşərgələrinə qatılacaqlar.
Qeyd edək ki, hər həftə baş tutacaq B komandasının məşqlərində 30-a yaxın istedadlı gənc futbolçu iştirak edəcək.
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı