Çempionlar Liqası: "Bavariya"dan qisas, "Mançester Yunayted"dən sərfəli nəticə (YENİLƏNİB)

Çempionlar Liqası: "Bavariya"dan qisas, "Mançester Yunayted"dən sərfəli nəticə (YENİLƏNİB)
ÖLKƏ FUTBOLU 24 Fevral 2011 / 01:35 5510
-  A +

Fevralın 23-də Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib. Qol.Az-ın məlumatına görə, ötən ilin finalçıları "İnter"lə "Bavariya" yenidən üz-üzə gəliblər.  

2010-cu il mayın 22-də "Santyaqo Bernabeu" stadionunda baş tutmuş oyunda  "İnter" rəqibini 2 cavabsız qolla məğlub edərək Avropanın ən yaxşısı olmuşdu. Yenidən qarşılaşan bu cütlüyün oyunu artıq erkən final kimi dəyərləndirilirdi. "Bavariya"nın meydana qisas hissi ilə çıxması da oyuna olan marağı daha da artırırdı. Münhen komandasının qisası baş tutub. Lui van Qalın komandası istəyinə 90-cı dəqiqədə çatıb. Mario Qomes "İnter"in qapıçısının qaytardığı topu dəqiq zərbə ilə tamamlayıb - 1:0.

Günün digər matçında isə Fransanın "Marsel" və İngiltərənin "Mançester Yunayted" klubları üz-üzə gəlib. Görüşün favoriti ingilislər olsa da, Fransa təmsilçisi sonadək mübarizə aparıb. Lakin "Marsel"in ilk oyunda qələbə qazanaraq İngiltərəyə sərfəli nəticə ilə yollanmaq istəyi baş tutmayıb. Oyun başladığı kimi yekunlaşıb - 0:0.  
 

23 fevral

23:45. "Marsel" (Fransa) - "Mançester Yunayted" (İngiltərə) - 0:0
"Marsel:
30.Stiv Mandanda, 6. Eduard Sisse (7. Benua Şeyru, 70), 8. Luço Qonsales, 9. Brandao, 11. Loik Remi (28. Matyö Valbuena, 79), 12. Çarlz Kabore, 17. Stefan Mbia, 19. Qabriel Hayntse, 20. Andre Ayyu, 21. Süleyman Diavara, 24. Rod Fanni
"Mançester Yunayted": Edvin van der Sar, 3. Patris Evra, 9. Dimitar Berbatov, 10. Ueyn Runi, 12. Kris Smollinq, 15. Nemanya Vidiç, 16. Maykl Karrik, 17. Luiş Nani, 22. Con OŞi, 24. Darren Fletçer, 28. Darron Gibson (18. Pol Skoulz, 73).
Baş hakim: Feliks Brıx (Almaniya)

23:45. "İnter" (İtaliya) - "Bavariya" (Almaniya) - 0:1
Qol:
Mario Qomes, 90
"İnter": 1. Julio Sezar. 4. Xavyer Zanetti, 5. Deyan Stankoviç, 6. Lusio, 8. Tiaqo Motta, 9. Samuel EtoO, 10. Uesli Sneyder, 13. Maykon, 15. Andrea Ranokkya (14. Xussin Xarca, 73), 19. Esteban Kambyasso, 26. Kristian Kivu
"Bavariya": 35. Tomas Kraft, 7. Frank Riberi, 10. Aryen Robben, 21. Filip Lam, 23. Daniel Pranyiç (2. Breno, 38), 25. Tomas Müller, 28. Holger Badştüber, 30. Luis Qustavo, 31. Bastian Şvaynştayger, 33. Mario Qomes, 44. Anatoli Timoşuk  
Baş hakim: Viktor Kaşşai (Macarıstan)


Digər oyunların nəticələri isə belədir:

15 fevral

"Milan" (İtaliya) - "Tottenhem" (İngiltərə) - 0:1
Qol: Piter Krauç, 80

"Valensiya" (İspaniya) - "Şalke 04" (Almaniya) - 1:1
Qollar: Roberto Soldado, 17 - Raul, 64


16 fevral

"Arsenal" (İngiltərə) - "Barselona" (İspaniya) - 2:1
Qollar:
Robin van Persi, 78. Andrey Arşavin, 83 - David Vilya, 26

"Roma" (İtaliya) - "Şaxtyor" (Ukrayna) - 2:3 
Qollar:
Simone Perrotta, 28. Jeremi Menez, 61 - Jadson, 29. Duqlas Kosta, 36. Luis Adriano, 42 


22 fevral

"Lion" (Fransa) - "Real Madrid" (İspaniya) - 1:1
Qollar:
Batefimbi Qomis, 83 - Kərim Benzema, 65

"Kopenhagen" (Danimarka) - "Çelsi" (İngiltərə) - 0:2
Qollar:
Nikolya Anelka, 17; 54

Qeyd edək ki, cavab görüşləri 8-9 martda və 15-16 martda olacaq.

Daha çox


Son xəbərlər