"Neftçi"nin makedoniyalı müdafiəçisi Slavko Georgiyevskinin klubun rəsmi saytına müsahibəsi
-"Simurq"la oyunda komandamız 3:0 hesabı ilə qalib gəldi. Görüş necə keçdi?
-Açığı Zaqatala təmsilçisinin belə zəif təsir bağışlayacağını gözləmirdim. Çünki, Coko Hacievskinin məşqçilik işinə bələdəm. O, Makedoniyada ən güclü mütəxəssislərdən biridir. Ancaq hazırki komandası lazımlı oyunçuları transfer etmədiyi üçün, "Simurq" çox zəif futbol nümayiş etdirir. Bu gedişlə onlar çətin Premyer Liqada qalsın!
-Slavço, oyundan sonra rəqibin baş məşqçisi ilk iki qolda hakimlərin səhvə yol verdiyini vurğulayıb. Siz necə düşünürsünüz?
-Bax, mən artıq bunu başa düşə bilmirəm. Oyuna baxanlar hər kəs gördü ki, "Neftçi" rəqibindən beş baş üstündür. Necə ola bilər ki, matçda komandamız təqribən 70-75 faiz topa nəzarət edir, ondan artıq qol epizodu yaradır, ancaq rəqib hakimin səhvlərindən danışır. Yəqin ki, onlar oyunun videoyazısına baxdıqdan sonra, yanlış düşündüklərini anlayacaqlar. Mən isə deyirəm ki, "Simurq"la görüş bizim üçün "asan gəzinti" idi. Hətta deyərdim ki, ilk dövrədəki komanda bizə 4:0 hesabı ilə məğlub olmasına baxmayaraq, son görüşdən daha yaxşı təsir bağışlamışdı.
-Oyundan sonra keçirilən mətbuat konfransında Coko Hacievski konkret ilk qolun ofsayddan vurulduğunu bildirib. Siz bu haqda nə deyə bilərsiniz?
-Matçdan həmən sonra hər şey demək mümkündür. Həmin epizodun ofsaydla uzaqdan-yaxından əlaqəsi yoxdur. Rəşad Abdullayev sürəti hesabına rəqib müdafiəçini keçərək epizodu qola çevirdi. Belə vəziyyətdə bizim futbolçumuz 2 metrə yaxın məsafədən rəqibin arxasından çıxaraq onu keçirsə, necə ofsayd ola bilər!? Video görüntülərdə bu aydın görünür.
-Komandanız növbəti oyunda MOİK-lə qarşılaşır. Rəqib Premyer Liqanın autsayderlərindən biridir.
-Biz hər görüşə yalnız qələbə qazanmaq üçün çıxırıq. MOİK-lə oyunda istisna deyil. Bizi digər komandaların qazandığı nəticələr maraqlandırmır. Çünki hər görüşdə 3 xalı qazanmaqla çempion olacağımızı bilirik.
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı
Rövşən Nəcəf FİFA-nın Plenar Sessiyasına qatıldı
1-ci liqada 11-ci tur başladı
Messi "Atletiko"nun kapitanını istəyir
“Sabah” – “Qarabağ” oyununun hakimləri açıqlandı
Levandovski MLS yolunda
İbrahimoviçin oğlu "Milan"ın Superkubok üçün heyətində
Kiyev "Dinamo"sunun yeni baş məşqçisi məlum oldu
Azərbaycan klubları ötən il nə qədər gəlir əldə ediblər?
"Klublar lisenziyalaşdırma ilə bağlı məsələyə məsuliyyətlə yanaşmalıdır" - Rövşən Nəcəf
AFFA rəsmisi FİFA-nın plenar iclasında
"Məni də çox tənqid edirdilər"
Ertem Şenerdən Rəşad Sadıqov haqda maraqlı açıqlama - Video
Mendi ilə müqavilə uzadıldı
FİFA referisi 1-ci liqa oyununa təyinat aldı
"Çelsi" Estevaonu itirdi
Dünya çempionatında iştirak üçün FİFA-ya şikayət etdilər
Ronaldo "The Best" səsverməsində iştirak etmədi
“Sabah” Çempionlar Liqası ilə vidalaşdı
FİFA DÇ-2026 üçün yeni bilet kateqoriyası təqdim etdi
Qadın futbolunda ilin ən yaxşı qol müəllifi bəlli oldu
"Mançester Siti"nin hücumçusu mövsümü başa vurdu
İlin rəmzi komandasında hansı futbolçular var?