Milli komandamızın baş məşqçisi Berti Foqts Mönhenqladbaxın "Borussiya" klubunun rəhbərliyi ilə aralarında proble olduğunu deyib. Qol.Az-ın məlumatına görə, Almaniya mətbuatına müsahibəsində o, “Borussiya”sının prezidenti Rolf Köniqlə münasibətləri barədə danışıb.
“Mən Düsseldorf şəhərindəki restoranlardan birinə daxil oldum. Təsadüfən Mönhenqladbax “Borussiya”sının prezidenti Rolf Köniq də orada idi”.
65 yaşlı mütəxəssis bildirib ki, hazırda durumu ürəkaçan olmayan Mönhenqladbax təmsilçisinin rəhbərliyi ilə şəxsi problemləri var: “Lakin o, məni görən kimi, əlinə qəzet götürüb oxumağa başladı. Onun üçün hansısa qəzet məni salamlamaqdan vacib idi. Bu, mənim üçün ağır zərbə idi”.
Foqts karyerası boyu formasını geydiyi klubdakı baş məşqçi təyinatına da münasibət bildirib: “Lüsyen Favr yaxşı reputasiyaya malikdir. O, “Herta”da çox yaxşı çalışıb. Lakin yeni baş məşqçi daha tez təyin olunmalı idi”.
Lakin almaniyalı mütəxəssis “Borussiya”nı uğurlara daşıya biləcək məşqçi arzusundadır: “Yaxın 3-4 ildə Ştefan Effenberqi komandanın baş məşqçisi kimi görmək istəyərdim. Bu, “Borussiya” üçün çox yaxşı olardı”.
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı