2023/24 mövsümünün yeni başlamasına baxmayaraq, artıq futbol üzrə Azərbaycan çempionatlarında verilən hakim qərarları müzakirələrə səbəb olub. Xüsusilə də Misli Premyer Liqasında ədalət təmsilçilərinin qərarları narazılıqlar yaradıb.
Premyer Liqanın 7-ci turunda "Qəbələ" - "Qarabağ" matçı da bu baxımdan diqqət cəlb etməyi bacarmışdı. Görüşün baş hakimi Elçin Məsiyevin Qurban Qurbanova göstərdiyi qırmızı vərəqə də futbol ictimaiyyətində suallar yaradıb.
Bəs ümumilikdə hazırda Azərbaycan futbolunda hakimliklə bağlı durum necədir? Bu baxımdan hansı problemlər var?
Məsələ ilə əlaqədar Sabiq FIFA referisi Tahir Süleymanova müraciət etdik.
T.Süleymanov Qol.az saytına açıqlamasında əvvəlcə bunu qeyd edib ki, bu mövsüm əlavə liqaların yaradılması və bölgə komandalarının çempionatlarda iştirak etməsi Azərbaycan futbolu adına müsbət haldır: "Əlavə liqaların yaradılması, əsasən də bölgələrə üstünlüyün verilməsi, Azərbaycan futbolu adına müsbət məqamdır. Bu addımla Premyer Liqanın statusu möhkəmlənmiş oldu, idman prinsiplərinin qorunması ilə nizama salındı. Uzun illərdən sonra ölkə futbolunda nisbi oyanış baş verir. Bu dəyişiklərə bütün strukturlar hazır olmalıdır. İlk turlardan baş verən hakim idarəçiliyindəyi qüsurlar onu göstərir ki, onlar yeni mövsümə hazır deyillər".

O, Premyer Liqada hakimlərin kobud səhvlərə yol verdiyini və AFFA Hakimlər Komitəsinin hakimlərin inkişafı üçün addımlar atmalı olduğunu vurğulayıb: "Hakimliklə bağlı problemlərə fərdi baxılmamalıdır. Səhvlər kütləvi xarakter alırsa, burada ümumi hakimlik sisteminin hansı vəziyyətdə olması, işlərin necə qurulması müzakirə mövzusu olmalıdır. Obyektiv-subyektiv səbəblər mövcuddur. Klublar çempionata hazırlaşdığı aylarda hakimlər heç bir ciddi təlim-məşq toplanışları keçmədən, hazırlıq oyunlarına çıxmadan Premyer Liqaya "hazırlaşır", ilk turlarda praktika yığa-yığa hərtərəfli formalarını bərpa etməyə çalışırlar. Bu amil qarşılaşmalarda ciddi qüsurlara gətirib çıxarır. Bununla yanaşı, oyunlarda görünür ki, çox yaxşı gənc potensiallar var. Azərbaycan hakimlik məktəbi hər zaman güclü olub. Onların inkişafı üçün AFFA Hakimlər Komitəsi, onlara daha üst səviyyədə nəzarət edənlər önəmli addımlar atmalıdır. Bu gün Premyer Liqada yüksək hakimlik üçün istənilən şərait var. Çempionatın təşkili, infrastrukturun get-gedə yaxşılaşdırılması, ictimai qayda-qanun, sabitlik, komandaların bir-birinə olan münasibəti, tribunalarda, meydanda qalmaqalların baş verməməsi, hakimlər üzərinə təzyiqin olmaması, idarəçilik üçün münbit şərait yaradır. Belə vəziyyətdə bu qədər səhvlərin olması yolverilməzdir".
T.Süleymanov oyunlarda baş məşqçi - hakim münasibətlərinin xoşagəlməz hal aldığını qeyd edib: "Qeyd etdiyim kimi, hakimlik mövzusu bir epizod üzərində qurulmamalıdır. Hər turda ciddi idarəçilik səhvləri aşırı dərəcədədir. Baş məşqçilərə kütləvi halda qırmızı vərəqələrin göstərilməsi futbol ictimaiyyəti, azarkeşlər arasında artıq istehza, təbəssümlə qəbul edilir. Oyunlarda baş hakim - baş məşqçi münasibətləri xoşagəlməz hala gətirilib".
Keçmiş FİFA referisi baş məşqçilərə qırmızı vərəqə verilməsi barədə qərarı FİFA-nın yersiz addımı adlandırb: "Futbol qaydalarında yeniliklərin baş verməsindən sonra bu o demək deyil ki, baş məşqçilər "baltalanmalı", hakimlər "cəllad" rolunu oynamalıdırlar. Ümumiyyətlə, baş məşqçilərə qırmızı vərəqələrin göstərilməsi qərarı FİFA tərəfindən çox yersiz addımdır. Əvvələr də məşqçilər intizamsızlığa görə texniki zonadan uzaqlaşdırılırdılar, amma "qırmızısız". Baş məşqçilərə qarşı meydanda intizam sanksiyalarını futbolçu dərəcəsi ilə eyniləşdirmək, futbol, psixoloji baxımdan çox yersiz qərardır. Dərk edilməlidir, referi və baş məşqçi meydanda ilk növbədə pedaqoqdurlar. Barış Şimşək də gözəl bilir, Türkiyədə yaşından asılı olmayaraq, hakimlərə meydanda elə-belə "hoca" deyilmir. "Hoca"lar bir-biriləri ilə "qırmızı" dili ilə davranmamalıdırlar, ilk növbədə statuslarına uyğun futbolçulara, tribunalara nümunə olmalıdırlar. Baş hakim oyunu idarə edən, tənzimləyən adına uyğun baş roldadırsa, baş məşqçi də komandasının öndə gedəni, futbolçuların lideridir. "İki qoçun başı bir qazanda qaynamaz" prinsipi ilə işə yanaşılmamalıdır. "Qırmızı" vərəqə baş məşqçilərə qarşı son həddə, nadir hallarda istifadə edilə bilər. İlk öncə, "baş"lar arasında qarşılıqlı dialoqun, anlaşmanın yaradılması mütləqdir. Hər iki tərəf pedaqoqluqla yanaşı psixoloq olmalıdırlar. Bu, futbolda peşəkar tələblərin önəmli parçasıdır. Digər tərəfdən, Premyer Liqada çalışanlar aşağı dəstələrə yol göstərəndirlər. Güclülər arasında belə kütləvi və yersiz hallar baş verirsə, aşağı, həvəskar liqalarda mənfi yoluxma epidemiyası tendensiyası baş qaldıra bilər".
O, Elçin Məsiyevin Qurban Qurbanova qırmızı vərəqə göstərməsinə də toxunub: "Futbol emosional oyundur, hakimlərin vəzifəsi, qaydalara uyğun olaraq görüşü yüksək səviyyədə idarə etmək bacarığını göstərməsidir. İkili qırmızı əvəzinə bir tərəfi günahkar çıxarmaq, təbii ki, emosiyaların qızışmasına gətirib çıxarır. Hakimlər öz səhvlərini "qırmızı" sanksiyalarla sığortalamamalıdırlar. Böyük futboldan söz gedirsə, ikili mübarizələrdən tutmuş oyun üstünlüyü prinsiplərinə, məşqçi/futbolçularla ünsiyyətə kimi referilər öz statuslarına uyğun bacarıqlarını göstərməlidirlər. Tək Azərbaycanda deyil, Avropa, dünya çapında da çılğın məşqçilərə rast gəlinir. Qurban Qurbanova gəldikdə isə, o bu kateqoriyaya aid deyil. Nəinki məşqçilik, zamanında hakim-futbolçu qismində onlarla oyunda qarşı-qarşıya gəlmişik, Qurban Qurbanova sarı vərəqə göstərdiyimi xatırlamıram, çox intizamlı, obyektiv, qarşılıqlı hörmət qurmağı bacaran futbolçulardan biri olub. Belə təmkinli, özünə hörmət edən, artıq saç-saqqalını ağartmış, böyük təcrübəyə sahib Qurban Qurbanovun özündən çıxarılmasının səbəbkarı o özü deyil. Ona görə də, futbol ictimaiyyəti arasında əks-sədası, müzakirələri böyük oldu. Əsasən emosiyalarını cilovlaya bilməyən məşqçilərə aiddir. İstənilən halda, hakimlərə qarşı yerli-yersiz aşırı etirazlar olmamalı, hakimlər də vəziyyəti bu həddə gətirib çıxarmamalıdırlar. Hakim cibində qırmızı vərəqə olmasına görə yox, bacarığına görə hörmət, nüfuz qazanmalıdır".
Barış Şimşek
T.Süleymanov AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek və VAR hakimlərinin fəaliyyəti haqda da danışıb: "Referi - VAR münasibətləri daha üst səviyyədə olmalıdır. İctimaiyyət arasında narazılığın yaranma səbəblərindən biri də qaydaları bilməmək, düzgün şərhlərin, izahın verilməməsi, təbliğatı mexanizmin axsamasıdır. Bu amil emosiyaların daha da artmasına gətirib çıxarır, futbolun inkişafına mənfi təsir edir. Referi doğru qərar qəbul etməyib VAR müdaxilə edirsə, baş hakimin qiymətinə təsir edir və ya əksinə VAR "yatıbsa", səlahiyyətə uyğun yanlış məsləhət, müdaxilə edilirsə, onların işinin öhdəsindən gəlməməsi deməkdir. "VAR müdaxilə edəcək" anlayışı yanlışdır. Ən önəmlisi, referinin meydanda dərhal doğru qərar verməsidir, VAR köməkçi faktordur. Hakimliyin ümumi səviyyəsi, referi-VAR sinxronluğunun, obyektivliyin təmin edilməsi birbaşa Barış Şimşək komandasının iş bacarığından asılıdır. Ən azından VAR təlimatçısı kimi bu işləri bacarmalıdır. Bunun üçünsə, ilk öncə daxildə obyektiv yanaşma təmin edilməlidir. Eyni hakimlərin bir turda fərqli oyunlara təyinatı heç də hakimlikdə inkişafa, sağlam rəqabətin yaranmasına yol açmır. AFFA, çempionatın təşkilatçı qurumu PFL rəhbərliyi, ən azından, bu məsələyə ciddi nəzarət etməli, qarşısı alınmalıdır".
Nur Zeynalova
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
Sergey Milinkoviçlə müqavilə imzalandı
"Qəbələ" və "Zirə"nin əvəzedicilərindən böyükhesablı qələbə
De Brüyne "Qarabağ"a qarşı oynamayacaq
London klubu Kante ilə yeni müqavilə imzaladı
"Qızlar xarakter göstərdilər" - Siyasət Əsgərov
İqor Tudor “Yuventus”dan qovuldu
U-17 millimiz rəqibinə böyük hesabla məğlub oldu
Azərbaycan millisi Qazaxıstana yenə qalib gəldi
Vinisiusdan Yamala sərt sözlər
Azərbaycanda UEFA Pro kursunun IV mərhələsi başladı
Türkiyə klublarının Avropa qazancı
Kovaçiç “Mançester Siti”dən ayrılır?
Alvaro Karreras Yamalın driblinqinə münasibət bildirdi
İqor Tudorun “Yuventus”dakı gələcəyi sual altındadır
Azərbaycan kubokunun adı dəyişdirildi
100-cü oyun
Qvardiola: “Bu məğlubiyyət bizi daha da gücləndirəcək”
Azərbaycan kubokunda buhəftəki oyunların hakimləri açıqlandı
"Azərbaycanda oynayıramsa, "Qarabağ"ın uğuruna sevinməliyəm" - Portuqaliyalı legioner
"Qəbələ"nin 200-cü məğlubiyyəti
"Kəpəz"in uğursuzluq yubileyi
Andrade üçün əlamətdar oyun
“Bavariya”nın futbolçusu İngiltərə yolunda
Neymarın yeni ünvanı İtaliya ola bilər
"El-Klasiko"da vurulan qollar - Video
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan dünya çempionu oldu
“Azərsun Arena”da qol səssizliyi - Video
“Real” - “Barselona” oyununda qalmaqal - Şəkil
“El-Klasiko”da 3 qol vuruldu
Ayxan Abbasov: "Qarabağ"a qarşı çəkinmədən mübarizə apardıq"
“Qarabağ”dan gözlənilməz xal itkisi, “Neftçi”dən qələbə
Abubakardan Azərbaycandakı debütü ilə bağlı - İlk açıqlama
Samir Abasovdan qələbə şərhi