Bu gün AFFA-nın Futbol akademiyasında 17 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci ildə Azərbaycanda təşkil olunacaq dünya çempionatının yerli Təşkilat Komitəsinin sədri, AFFA-nın baş katibi Elxan Məmmədov, FİFA-nın Yarışların Keçirilməsi Departamentinin mütəxəssisi Oliver Voqt və beynəlxalq futbol qurumunun media üzrə nümayəndəsi Monika Huserin iştirakı ilə mətbuat konfransı keçirilib.
Qol.Az-ın məlumatına görə, əvvəlcə E.Məmmədov qızlar arasında DÇ-2012-nin hazırlıq işləri ilə bağlı məlumat verib: «Bildiyiniz kimi, bu, dünya çempionatı ilə əlaqədar FİFA nümayəndə heyətinin ölkəmizə artıq üçüncü səfəridir. Əvvəllər olduğu kimi, bu dəfə də səfərin məqsədi qızlar arasında DÇ-2012-yə hazırlıq işləri ilə tanışlıqdır. Məlumatınız var ki, AFFA tərəfindən hazırda 3 stadion – Mərdəkandakı «Dalğa» İstirahət Mərkəzinin ərazisində, Bayıl və 8-ci kilometr qəsəbələrində – inşa edilməkdədir. FİFA nümayəndələri bu stadionlarda olublar və görülən işlərdən razı qaldıqlarını bildiriblər».
Sonra Oliver Voqt fikirlərini bildirib: «Buradakı əsas işimiz stadionların vəziyəti ilə tanışlıq oldu. Müşahidələrimə əsasən deyə bilərəm ki, AFFA tərəfindən inşa olunan stadionlarda vəziyyət yaxşıdır və çox işlər görülüb. Azərbaycanda keçiriləcək dünya çempionatının qadın futbolunun inkişafına böyük təkan verəcəyinə inanıram».
Daha sonra E.Məmmədov, O.Voqt və M.Huser jurnalistlərin suallarını cavablandırıblar.
- Ümumilikdə, dünya çempionatına hazırlıqla bağlı hansı işlərin görülməsi planlaşdırılır?
E.M.: - Stadionlar haqda artıq məlumat verdik. AFFA-nın inşa etdirdiyi 3 stadionun biri – Mərdəkandakı «Dalğa» İstirahət Mərkəzinin ərazisində tikilən arenanın açılışı bu il, digər 2 stadionun isə 2012-ci ildə olacaq. Onu da qeyd edim ki, FİFA-nın tələblərinə əsasən, dünya çempionatının oyunlarının keçirilməsi üçün 4 stadion kifayətdir. AFFA-nın inşa etdirdiyi stadionları və «Şəfa» stadionunu nəzərə alsaq, oyunları keçirmək üçün problemimiz olmayacaq. DÇ zamanı məşqlər üçün isə 17 meydançaya ehtiyac var. Artıq 10 belə meydançanın hazır olduğunu deyə bilərəm.
- «Şəfa» stadionunun süni örtüyünün FİFA-nın tələblərinə cavab vermədiyini bilirik. Bu məsələ öz həllini necə tapacaq?
O.V.: - Digər stadionlarla yanaşı, «Şəfa»da da olduq. Həqiqətən də, «Şəfa»nın süni örtüyünün yenilənməsinə ehtiyac var. Bununla bağlı həmin stadionda bir daha yoxlama aparacağıq.
E.M.: - «Şəfa» stadionunun süni örtüyü ilə bağlı «İnter» klubunun rəhbərliyi ilə də görüşümüz olub. Süni örtüyün dəyişməsinin vacibliyini klubun prezidenti cənab Nikolovun da diqqətinə çatdırmışıq. Örtük dəyişməli, FİFA-nın tələblərinə uyğun olaraq, 2 ulduz sertifikatı alınmalıdır. Yeri gəlmişkən, bugünlərdə FİFA Mərdəkandakı «Dalğa» İstirahət Mərkəzinin ərazisində AFFA tərəfindən inşa olunan stadionun süni örtüyünə ən yüksək olan 2 ulduz sertifikatı verib.
- Qızlar arasında DÇ-2012-nin talismanı ilə bağlı hansı yeniliklər var?
O.V.: - Hazırda FİFA ilə AFFA arasında bu məsələ ilə bağlı danışıqlar aparılır. Təxminən 2-3 həftəyə məsələyə tam aydınlıq gəlməlidir. Amma indi dəqiq vaxt söyləyə bilməyəcəyəm.
- İnfrastrukturdan əlavə, FİFA-nın daha hansı tələbləri var?
O.V.: - Tələblər çoxdur; buraya mətbuat, televiziya yayımı, azarkeşlərlə iş və sair daxildir. Lakin bir az əvvəl də qeyd etdiyimiz kimi, budəfəki səfərimizin məqsədi stadionlarla tanışlıqdır.
- Media üzrə hansı işlərin görülməsini vacib sayırsınız?
M.H.: - Sözün açığı, media ilə bağlı hələ ki konkret layihə yoxdur. Ancaq yaxın gələcəkdə bir çox işlərin görülməsini planlaşdırırıq. Bunların sırasına yerli jurnalistlər üçün seminarların təşkili də daxildir.
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər
"Milan" "Sportinq"ə təklif göndərdi
"Real"dan ayrılacaq 8 futbolçu
Lempardın komandası Premyer Liqada
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Şəkil
Alleqri və Poçettino...
“Neftçi”dən sərt reaksiya - Şəkil
Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa
Renat sona kimi ehtiyatda qaldı
“İnter” çempionluğa bir addım da yaxınlaşdı
“Fənəbaxça” üçün son dəqiqə şoku - Video
Mahir ehtiyatda qaldı, komandası uduzdu
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı