“Bakı” klubunun latviyalı baş məşqçisi Aleksandr Starkov Latviya mətbuatına müsahibə verib. Müsahibəni təqdim edirik.
- Azərbaycan haqda fikirləriniz necədir?
- İlk dəfə deyil ki, Azərbaycandayam. Hələ SSRİ dövründə, həmçinin “Bakı” ilə müqavilə bağlamazdan öncə Bakıda olmuşam. İş elə gətirdi ki, müqavilə bağlayandan sonra Bakıda ola bilmədim. Çünki komandanın Türkiyədə təlim-məşq toplanışı vardı. Onu deyə bilərəm ki, paytaxt Bakı çox sürətlə inkişaf edir. Orada göydələnlər, müasir binalar, otellər, mağazalar var. SSRİ dövründə Bakını görənlər üçün indi çox təəccüblü olacaq. İndi başqa şəhərdir. Mənzil məsələsi indi mənim üçün önəmli deyil. İlk vaxtlar klubun bazasında qalmağı qərara aldım. Orada yaşamaq və işləmək üçün hər cür şərait var. Komanda ilə bağlı işləri yoluna qoyduqdan sonra digər məsələlər haqda düşünmək olar.
- Bəs Azərbaycan futbolu haqda ilk təəssüratlarınız necədir?
- Bu, yalnız ilk təəssüratlardır. Komandalar oxşardır. Turnir cədvəlində aşağı yerdə gedən komandalar liderlərə problem yarada bilər. Heç bir oyunda 3 xal asanlıqla təmin olunmayıb. Yaxşı nəticə qazanmaq üçün gərgin mübarizə gedir. Komandalarda çoxlu legionerlər var. Eyni zamanda, limit olduğundan, meydanda ən azı 3 yerli futbolçu olmalıdır. Şübhəsiz ki, legionerlərin, əcnəbi məşqçilərin gəlişi yerli futbolçuların, çempionatın səviyyəsini artıracaq. İnkişafla bağlı ciddi işlər görülür. Maddi durum futbolun inkişafına imkan verir.
- Yaxşı yerli futbolçuların sayı yetərincədir?
- Premyer Liqada olan klublar üçün yetərli deyil. Ancaq Azərbaycanda yaxşı texnikalı futbolçular var. Burada futbol ənənəsi var.
- Heyətlə bağlı vəziyyət necədir?
- Heyəti bir aya radikal dəyişmək olmaz. Sabitlik olmalıdır. Ola bilər ki, çempionatdan sonra böyük dəyişiklər olsun.
- Bir neçə futbolçudan imtina etmək istəyirdiniz?
- İki braziliyalı futbolçu – Jaba ilə Leonardo Roşa Türkiyədəki toplanışına vaxtında gəlmədi. 5 gün yubanaraq, gələndən sonra onları Bakıya göndərdik. Sonradan onlar səhvlərini başa düşdülər, üzr istədilər və son şans verməyimi xahiş etdilər. Ümid edirəm ki, braziliyalıların düşünmək üçün vaxtları olub və klub rəhbərliyi, azarkeşlərin qarşısında özlərini doğruldacaqlar.
- Latviyalı futbolçuları “Bakı”ya gətirəcəyinizlə bağlı çoxlu söz-söhbətlər gəzdi...
- Bu, klubun imkanlarından asılı məsələdir. Rafalski kimi futbolçunu almaq asan iş deyil.
- Bəs Verpakovski?
- Azərbaycanda bu haqda çox yazıldı. Onun komandamızda olmayacağı dəqiqləşib. İndi mövsümün gedişidir. Verpakovskisin Kiyev “Dinamo”su ilə müqaviləsi var. Bununla hər şey deyilir. Bəli, mən ilk növbədə tanıdığım, inandığım futbolçulara üstünlük verirəm. Ancaq mənim üçün futbolçunun ağlı, səviyyəsi az əhəmiyyətli deyil. Bunlar Azərbaycan çempionatında, kubokunda uğur qazanmaq tələblərinə cavab verməlidir.
- Düşərgədə yoldaşlarınızdan yalnız İqor Klosovu görürük...
- Mənim yoxluğumda, yığmada olduğum zamanı Klosov işi görür. Mən ona etibar edirəm.
- Starkov yetərincə iddialı məşqçidir. Hətta belə çətin vəziyyətdə əsas məqsədiniz “altılıq”a düşünürsünüz...
- Bizim ilk vəzifəmiz “altılığ”a düşməkdir. Bəli, özümüzdən irəlidə olan “Qəbələ”dən xal baxımından geri qalırıq. Komandamızın onunla oyunu qalmadığından, nəticəyə təsir edə bilmirik. Buna görə də ilk vəzifəmiz maksimim xal toplamaqdır. 4 həftəlik iş prosesində əlimdən gələni etdim.
- Əsas problem nədir?
- Adətən komandanın işləri qaydasındadırsa, məşqçini dəyişmirlər. Oyun, heyətin balanslaşması baxımından problemlər var. Üç həftədə böyük dəyişiklərə, fiziki, funksional hazırlığı yaxşılaşdırmağa çalışdıq. Bu, böyük əhəmiyyət kəsb edir. Ancaq komandadakıların bir-birinə uyğunlaşması üçün vaxt lazımdır. Başqa oyun üslubu, iş rejimi olan məşqçi ilə çalışırlar.
- Yoxlama oyunlarında nəticə yaxşı olub...
- Sözsüz ki, bunlar əsas deyil. Yoxlama oyunları komandanı daha tez tanımaq, futbolçuların imkanlarına yaxından bələd olmaq üçün yoldur. Başa düşürsən ki, onları necə istifadə etmək olar. Vaxtımız çox olmayıb. “Muğan”la debüt oyunumun ilk hissəsində yaxşı oynadıq. İkinci qolu da vura bilərdik. Ancaq rəqib ikinci hissədə qapımıza yol tapa və bununla da hesabda tarazlığı bərpa edə bildi. “Muğan”la çətin rəqib sayılır. Futbolçularımız qələbə üçün çalışdılar, ancaq bu dəfə hər şey istədiyimiz kimi olmadı.
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər
"Milan" "Sportinq"ə təklif göndərdi
"Real"dan ayrılacaq 8 futbolçu
Lempardın komandası Premyer Liqada
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Şəkil
Alleqri və Poçettino...
“Neftçi”dən sərt reaksiya - Şəkil
Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa
Renat sona kimi ehtiyatda qaldı
“İnter” çempionluğa bir addım da yaxınlaşdı
“Fənəbaxça” üçün son dəqiqə şoku - Video
Mahir ehtiyatda qaldı, komandası uduzdu
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı