Fevralın 14-də Prezident İlham Əliyev “Birlik” kubokunu qazanmış Bakının “İnter” klubunun futbolçularını və məşqçilərini qəbul edib.
Qol.Az-ın AzərTAc Dövlət Agentliyinə istinadən yaydığı xəbər görə, İlham Əliyev “Birlik” kuboku yarışlarında qazanılmış qələbə münasibətilə futbolçuları, məşqçiləri və mütəxəssisləri təbrik edib. O deyib ki, “İnter”in bu qələbəsi bütün Azərbaycan xalqını sevindirib: “Bu, artıq gözəl ənənədir. Bizim komandalarımız “Birlik” kuboku yarışlarında üçüncü dəfədir ki, birinciliyi əldə edirlər. 2006-cı ildə “Neftçi”, 2008-ci ildə “Xəzər-Lənkəran”, indi isə “İnter” komandası bu mötəbər yarışda qalib gəlib. Bu, çox böyük qələbədir, çox böyük hadisədir. Bir daha sizi – futbolçuları, məşqçiləri, bütün idman mütəxəssislərini bu qələbə münasibətilə təbrik edirəm. Yarışlar çox gərgin keçib. Bizim komandamız altı oyunda qələbə qazanıb. Mənə verilən məlumata görə, 16 top vurub, öz qapısından isə bir top da buraxmayıb. Bu, özlüyündə böyük bir göstəricidir.
Hər bir oyun çox vacib idi, amma sirr deyil ki, Azərbaycan azarkeşlərinin ən çox marağını cəlb edən Ermənistan komandası ilə olan oyun idi. Siz bu inamlı qələbə ilə bütün Azərbaycan xalqını sevindirmisiniz. Böyük üstünlüklə qalib gəlmiş, rəqib komandanı darmadağın etmisiniz”.
“İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze Prezident İlham Əliyevi komandasın “Birlik” kuboku yarışlarında qazanılmış qələbə münasibətilə təbrik edərək idmana, o cümlədən futbola göstərdiyi qayğıya görə minnətdarlığını bildirib. O deyib ki, belə mötəbər yarışdakı qələbə “İnter”i daha da ruhlandırıb.
K.Sxadadze son illərdə futbolun inkişafında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Peşəkar Futbol Liqasının rolunu vurğulayıb və futbolçularımızın bundan sonra da mötəbər beynəlxalq turnirlərdə daha böyük uğurlar qazanmağa səy göstərəcəklərini bildirib.
Komandanın oyunçusu Rövşən Əmiraslanov Azərbaycanda futbolun inkişafına hərtərəfli qayğısı və dəstəyinə görə Prezident İlham Əliyevə futbolçular, “İnter” klubu və futbol ictimaiyyəti adından minnətdarlığını bildirib.
“İnter” klubunun prezidenti Georgi Nikonov “Birlik” kubokunu və medalını, üzərində “İnter” futbolçularının imzası olan topu, habelə komandanın futbol geyimini dövlətimizin başçısına hədiyyə edib.
Hədiyyələrə görə təşəkkür edən Prezident İlham Əliyev futbolçuların fiziki hazırlıq səviyyəsini saxlamalarının vacibliyini, onların gələcəkdə də uğurlar qazanacağına əminliyini söyləyib, “İnter” komandasını bir daha təbrik edib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev idmançılar və futbol ictimaiyyəti adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər
"Milan" "Sportinq"ə təklif göndərdi
"Real"dan ayrılacaq 8 futbolçu
Lempardın komandası Premyer Liqada
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Şəkil
Alleqri və Poçettino...
“Neftçi”dən sərt reaksiya - Şəkil
Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa
Renat sona kimi ehtiyatda qaldı
“İnter” çempionluğa bir addım da yaxınlaşdı
“Fənəbaxça” üçün son dəqiqə şoku - Video
Mahir ehtiyatda qaldı, komandası uduzdu
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı