Nazim Süleymanovdan “Gəncə”yə sərt ittiham

Nazim Süleymanovdan “Gəncə”yə sərt ittiham
ÖLKƏ FUTBOLU 12 Fevral 2011 / 17:37 2710
-  A +

AZAL klubunun baş məşqçisi Nazim Süleymanov Premyer Liqanın XX turunun “Gəncə” ilə oyundan sonra rəqibin ünvanına sərt ittiham səsləndirib. Qol.Az-ın məlumatına görə, mətbuat konfransında Sülüymanov deyib ki, “Gəncə” “altılıq” uğrunda mübarizə aparan bəzi klublara kömək edib.

Qeyd edək ki, Unibank Premyer Liqasının bu gün öz meydanında “Gəncə”ni qəbul edən AZAL 0:0 hesablı heç-heçə etməklə iki mühüm xal itirib.

“Qış fasiləsindən sonra ilk oyun çətin olur. 2 vacib xal itirdik. “Gəncə” isə xal ehtiyatını artıraraq, “altılıq” uğrunda mübarizə aparan bəzi klublara kömək etdi. Onları da məhz həmin klublar stimullaşdırıblar” – deyə o bildirib.

Daha çox


Son xəbərlər
26.01.26  11:15

“100”ün şəriki

topaz banner