"Xəzər Lənkəran"da hollandiyalı idman direktoru

"Xəzər Lənkəran"da hollandiyalı idman direktoru
ÖLKƏ FUTBOLU 12 Fevral 2011 / 14:38 2624
-  A +

Bu gün “Xəzər Lənkəran” klubu növbəti müqaviləyə imza atıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, əsas komanda ilə yanaşı aşağı yaş qruplarını da daima diqqət mərkəzində saxlayan klub bu səmtdə növbəti vacib addım atıb. 

Təcrübəli hollandiyalı məşqçi Fabian Veldviyk bundan sonra “Xəzər Lənkəran”da çalışacaq. İdman direktoru vəzifəsinə təyin olunan Veldviyk aşağı yaş qruplarına cavabdeh şəxs kimi bu sahəyə bilavasitə nəzarət edəcək.

Müxtəlif komandaların aşağı yaş qruplarında iş üzrə böyük təcrübəyə malik olan Veldviyk bu sahədə ixtisaslaşmış mütəxəssislərdəndir.

Karyerası ərzində Hollandiyanın “Sparta” (Rotterdam), “Volendam” və “TOGR” klublarında uğurlu fəaliyyət göstərmiş məşqçi, həmçinin İngiltərənin “Blekbern Rovers” klubunda da çalışıb.

Müxtəlif illərdə UEFA-nın “C”, “B” və “A” lisenziyalarını alan Veldviyk nəhayət 2010-cu ildə ən yüksək məşqçilik kateqoriyası sayılan “PRO” lisenziyasına da sahib olub.

37 yaşlı mütəxəssis ötən il Hollandiyanın “SCO`63” futbol klubu üçün Gənclərin İnkişafı Layihəsini hazırlamaqla öz karyerasında daha bir uğurlu addıma imza atmışdı.

Daha çox


Son xəbərlər
26.01.26  11:15

“100”ün şəriki

topaz banner