"Bakı" "Şaxtyor"un futbolçusu ilə müqavilə bağladı

"Bakı" "Şaxtyor"un futbolçusu ilə müqavilə bağladı
ÖLKƏ FUTBOLU 11 Fevral 2011 / 12:57 2470
-  A +

"Bakı" klubu ukraynalı hücumçu Ruslan Leviqa ilə müqavilə imzalayıb. Qol.Az-ın məlumatına görə, müqavilə şərtlərinə əsasən Leviqa 1 il müddətində "Bakı" klubunun şərəfini qoruyacaq.

Ruslan Leviqa 1983-cü ilin 31 yanvar tarixində Ukraynada anadan olub. Ukraynanın "Şaxtryor" Donetsk, "Metallurq" Donetsk, "Borisfen", "İlyiçevets", "Çernomorets", Rusiyanın "Sokol" (Saratov) klublarında çıxış edib. Son iş yeri isə Qazaxıstanın "Tobol" Kustanay klubu olub.

Qeyd edək ki, Leviqa Ukraynanın gənclərdən ibarət milli komandasında (U-21) 2 oyun keçirib, 1 qola imza atıb. Boyu 185 sm, çəkisi 78 kq-dır.

Daha çox


Son xəbərlər