«Milli komandanın son təlim-məşq toplanışında baş məşqçi Berti Foqts Elvin Məmmədovla Cavid Hüseynovdan çox narazı qalmışdı. Foqts xüsusən də hər iki futbolçunun fiziki durumunun aşağı səviyyədə olmasından gileylənirdi». Bu sözləri Qol.Az-a açıqlamasında milli komandamızın məşqçisi Elxan Abdulayev «İnter»in futbolçuları Elvin Məmmədov və Cavid Hüseynovun millimizin Almaniya keçiriləcək təlim-məşq toplanışına çağırılmamasının səbəblərini açıqlayarkən deyib. Onun sözlərinə görə, Küveytlə oyundan sonra Foqts hər iki futbolçunu yanına çağıraraq, narazılığını açıq şəkildə bildirib. Ardınca isə əlavə edib ki, qarşıdakı təlim-məşq toplanışına onları dəvət etməyəcək.
«Rusiya ilə oyunda necə, Elvinlə Cavidi millidə görə biləcəyikmi» sualını isə E.Abdullayev belə cavablandırıb: «Rusiya ilə oyuna qədər hələ vaxt var. Hər iki futbolçu öz üzərində çox işləməlidir. Fiziki durumları qaydasında olsa, onlar yenidən miliyə dəvət alacaqlar. Bunun üçün isə həm Elvin, həm də Cavid daha çox çalışmalı, «İnter»in əsas heyətinə düşməlidirlər».
E.Abdullayev uzun müddətdir klubsuz olan Zeynal Zeynalovun da millidən kənarda qalmasına aydınlıq gətirib: «Zeynal son təlim-məşq prosesinin sonunda zədəli idi. Buna görə də son matçda oynaya bilmədi. Məhz kiçik zədəsi olduğuna görə, Zeynal Almaniyaya aparılmayacaq. Ancaq bu o demək deyil ki, Zeynal Rusiya millisinə qarşı forma geyməyəcək. İndidən Rusiyaya qarşı kimlərin oynayıb-oynamayacağını demək qeyri-mümkündür. Həmin vaxt kim daha yaxşı formada olsa, o da heyətə cəlb olunacaq. Həm də qarşıdakı təlim-məşq toplanışı hazırlıq xarakteri daşıyır. Eyni zamanda Almaniyada Foqts Zaur Tağızadəni də yoxlayacaq. Bildiyiniz kimi, Zaur bir müddət idi zədədən əziyyət çəkirdi. Lakin indi o zədəsini sağaldıb. Buna görə baş məşqçi Zaura da özünü göstərmək üçün şans verib».
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır
Azərbaycanda ən çox azarkeş toplayan komandalar açıqlandı
UEFA Azərbaycan klublarına nə qədər maliyyə vəsaiti ayırıb?
Rövşən Nəcəf Ayxan Abbasovun işinə qiymət verdi
"O stadion təmirə bağlanır" - Cahangir Fərəcullayev
İllik gəlir 61 milyon manat olub - AFFA açıqladı
AFFA-nın Hesabat Konfransı keçirilir
Del Pyero İtaliya millisi haqda - "Bu, rüsvayçılıqdır"
AFFA-da klublar üçün seminar
Ronaldo hazırdır
İtaliya millisinin baş məşqçisi vəzifəsinə 3 əsas namizəd