Bu gün Azərbaycan milli komandası 2011-ci ildə ilk ciddi sınağına çıxıb. Qol.Az-ın məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışında olan Berti Foqtsun komandası Macarıstan yığması ilə qarşılaşıb.
İndiyə qədər Macarıstan yığması ilə 4 dəfə görüşmüş millimiz heç vaxt qələbə qazana bilməmişdi. Almaniyalı mütəxəsis Berti Foqts da macarlara qarşı 5-ci oyunda bu uğursuzluğa son qoya bilməyib. Fərq isə onda olub ki, yığmamız bu dəfə 3 və ya 4 deyil, 2 cavabsız top buraxıb.
9 fevral
Yoldaşlıq görüşü
21:00. Azərbaycan - Macarıstan - 0:2
Qol: Gergeli Rudolf, 38. Tamaş Haynal, 81
Baş hakim:Məhəmməd Əbd Əlkərim
Start heyətlər:
Azərbaycan: Kamran Ağayev, Rail Məlikov, Mahir Şükürov, Elnur Allahverdiyev, Vurğun Hüseynov, Rəşad Sadıqov (kap.), Aleksandr Çertoqanov, Ruslan Abışov, Rahid Əmirquliyev, Vaqif Cavadov, Murad Hüseynov
Macarıstan: Qabor Kirali, Pol Lazar, Vilmoş Vançak, Roland Yuhaş, Laçko Şolt, Zoltan Gera, Vladimir Koman, Akoş Elek, Balaş Cucak, Gergeli Rudolf, Tamaş Prişkin
Oyun başladı.
14-cü dəqiqədə millimiz ilk real qol vəziyyəti yaradır. Elnur Allahverdiyevin cərimə zərbəsinə ötürməsindən sonra top qapı tirinə dəyir.
22-ci dəqiqədə Vurğun Hüseynovun sifətinə zərbə endirdiyi üçün Tamaş Prişkinə sarı vərəqə göstərilir.
32-ci dəqiqədə Macarıstan yığması ən real qol vəziyyətini yaradır. Gergeli Rudolfin qüvvətli zərbəsini bu gün 25 yaşını qeyd edən Kamran Ağayev gözəl sıçrayışla dəf edir.
QOL. 37-ci dəqiqədə Macarıstan yığması hesabı açır. Millimizin cərimə meydançasına uzun ötürmədən sonra nəzarətsiz qalan Gergeli Rudolf topu tora qovuşdurur.
43-cü dəqiqədə Mahir Şükürovun 20 metrlik məsafədən zərbəsi qapının üstündən keçir.
Hakim 1 dəqiqə əlavə edir.
I hissə başa çatdı.
II hissə başladı.
46-cı dəqiqədə Murad Hüseynovu Rauf Əliyev əvəzləyir.
56-cı dəqiqədə millimiz daha bir real qol vəziyyəti yaradır. Ruslan Abışovun yerinə yetirdiyi cərimə zərbəsini Qabor Kirali çətinliklə qaytarır.
58-ci dəqiqədə Rauf Əliyev rəqib qapısı qarşısına ötürməyə ayaq qoya bilmir.
61-ci dəqiqədə Macarıstan millisi ikinci dəfə fərqlənmək imkanını əldən verir. Zoltan Geranın qapı qarşısına paralel ötürməsindən sonra komanda yoldaşı Atilla Tokoli top əvəzinə özü qapıdan keçir.
66-cı dəqiqədə Vaqif Cavadovun qarşısını Roland Yuhaş kobudluqla alır. Hakim Yuhaşa sarı vərəqə göstərir və cərimə zərbəsi təyin edir. Cavadovun zərbəsini qapıçı çətinliklə qaytarır.
70-ci dəqiqədə yığmamızdan növbəti dəyişiklik. Arif İsayev Aleksandr Çertoqanovu əvəzləyir.
80-ci dəqiqədə Arif İsayev sarı vərəqə alır.
QOL. 81-ci dəqiqədə Tamaş Haynal müdafiəçimizi aldadaraq uzaq məsafədən qüvvətli zərbə ilə topu qapıdan keçirir.
84-cü dəqiqədə Cavid Hüseynov Rail Məlikovu əvəzləyir.
86-cı dəqiqədə Kamran Ağayev komandamızı 3-cü qoldan xilas edir.
Hakim ikinci hissəyə 2 dəqiqə əlavə edir.
Oyun başa çatdı.
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər
"Milan" "Sportinq"ə təklif göndərdi
"Real"dan ayrılacaq 8 futbolçu
Lempardın komandası Premyer Liqada
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Şəkil
Alleqri və Poçettino...
“Neftçi”dən sərt reaksiya - Şəkil
Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa
Renat sona kimi ehtiyatda qaldı
“İnter” çempionluğa bir addım da yaxınlaşdı
“Fənəbaxça” üçün son dəqiqə şoku - Video
Mahir ehtiyatda qaldı, komandası uduzdu
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı