Millimizin almaniyalı baş məşqçisi Berti Foqts bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qarşıdan sabah Macarıstana qarşı keçiriləcək yoxlama oyunu ilə bağlı mətbuat konfransı keçirib. Foqts öncə komandamızın durumu haqda danışıb:
- Deyə bilmərəm ki, futbolçuların oyun formasından razıyam. Onlar başa düşməlidilər ki, biz Azərbaycan çempionatının oyununa yox, beynəlxalq matça hazırlaşırıq. Hiss olunur ki, komanda iki aydı bir araya gəlmir. Futbolçularımız çox gec qərar verirlər. Onların müdafiədən hücuma çıxmalarından çox narazıyam.
- Belə çıxır ki, onlar klublarının toplanışında yaxşı hazırlaşmayıblar?
- Mən belə deməzdim. Futbolçular özləri başa düşməlidilər ki, yığma səviyyəsində daha cəld düşünüb, qərar vermək vacibdi. Klub məşqçiləri heyəti çempionata hazırlayır, mən isə seçmə mərhələnin oyunlarına. Bu, böyük fərqdi. Məşqçilərin öz vəzifələri, məqsədləri ola bilər, futbolçular isə daim öz üzərlərində işləməklə inkişafa çalışmalıdılar.
- Macarıstan yığmasını necə dəyərləndirərdiz?
- Macarıstan yığması güclü komandadı. Onların oyunçuları İngiltərə, İtaliya və digər güclü futbol ölkələrində çıxış edir. Bizimlə aralarında böyük fərq var. Buna baxmayaraq, uğursuz statistikaya son qoymaq da lazımdır. Ancaq gözləməyin ki, biz böyük hesabla qələbə qazanacağıq. Azərbaycandan İngiltərədə, İtaliyada neçə futbolçu çıxış edir?
- Macarıstan yığmasının 3 aparıcı oyunçusu sabah meydanda olmayacaq...
- Məndə belə informasiya yoxdu. Onların əvəzində başqa futbolçuları oynayacaq.
- Rəşad Sadıqovla Mahir Şükürovun durumu necədi?
- Deyə bilərəm ki, onlar formalarını bərpa edirlər. Mən də onları məşqlərdə görmüşəm.
Rəşad ölkədən kənarda oynamağa özü qərar verdi. İndi hər şeyi etməlidi ki, komandasında əsas heyətə düşsün. Hər halda sabah biz də onu iş başında görə biləcəyik.
- Debütantlardan nə dərəcədə razı qaldınız?
- Əlbəttə, yeni oyunçulara çətindi. Ancaq onlara öz üzərlərində daha çox işləmək lazımdı, bacarıqlı uşaqlardılar.
- Macarıstanla görüşün nəticəsini Dubay toplanışınıza əsas qiymət kimi dəyərləndirmək olar?
- Hazırlığımız bununla bitmir. Bizim Belçika ilə oyuna kimi vaxtımız var. Futbolçularımıza klublarının oyunlarında, məşqlərində də özlərini göstərmək, çoxlu çalışmaq lazımdı. Ona görə ki, oyun təcrübəsi böyük əhəmiyyət daşıyır.
Mənbə: azerisport.com
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər
"Milan" "Sportinq"ə təklif göndərdi
"Real"dan ayrılacaq 8 futbolçu
Lempardın komandası Premyer Liqada
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Şəkil
Alleqri və Poçettino...
“Neftçi”dən sərt reaksiya - Şəkil
Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa
Renat sona kimi ehtiyatda qaldı
“İnter” çempionluğa bir addım da yaxınlaşdı
“Fənəbaxça” üçün son dəqiqə şoku - Video
Mahir ehtiyatda qaldı, komandası uduzdu
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər