«Wikileaks»in sahibi Rəşad Sadıqovun komandasının oyunu izlədi

«Wikileaks»in sahibi Rəşad Sadıqovun komandasının oyunu izlədi
ÖLKƏ FUTBOLU 8 Fevral 2011 / 13:37 2263
-  A +

Amerikalı diplomatların məxfi məktublarını sahibi olduğu «Wikileaks» saytında dərc etməklə dünyanı sarsıdan Julian Assanc Londondakı məşhur türk restoranlarından birində İstanbulun «Qalatasaray» klubunun iştirakıyla keçirilən oyunu televiziya vasitəsilə izləyib.

Qol.Az-ın «Milliyyet»ə istinadən yaydığı məlumata görə, Assanc türk mətbəxini çox bəyəndiyini və «Qalatasaray»ın oyunlarını yaxından izlədiyini deyib.

Qəzetin məlumatına görə, Assanc vəkili Mark Stefens və yəhudi sevgilisi Cemima Qoldsmislə son model «Bentli» avtomobili ilə «Efes 2» restoranına gəlib və orada xoş anlar keçirib. O, burada «Qalatasaray»ın ötən bazar günü millimizin kapitanı Rəşad Sadıqovun komandası «Eskişehirspor»a qarşı keçirdiyi oyunu da izləyib.

Daha çox


Son xəbərlər