"Xəzər Lənkəran"ın Respublika stadionundakı gerbini yenə cırdılar

"Xəzər Lənkəran"ın Respublika stadionundakı gerbini yenə cırdılar
ÖLKƏ FUTBOLU 7 Fevral 2011 / 00:01 3104
-  A +

Fevralın 13-də "Neftçi" ilə Bakıda keçirəcəyi oyun öncəsi "Xəzər Lənkəran" azarkeşləri xoşagəlməz olayla üzləşiblər. Lənkəran komandası fanatlarının Qol.Az-a verdikləri xəbərə görə, kimsə Tofiq Bəhramov adına Respublika stadionunun girişindəki reklam lövhəsindən "Xəzər Lənkəran" gerbini cırıb.
 
Gerb iki-üç yerə doğranıb. Eyni hal bir neçə ay öncə elə həmin məkanda baş verib. "Xəzər Lənkəran" azarkeşləri belə hallara kəskin etirazlarını bildiriblər.

Qeyd edək ki, "Neftçi" - "Xəzər Lənkəran" qarşılaşması elə Respublika stadionunda keçiriləcək.

Daha çox


Son xəbərlər