Emil Mpenza və "Neftçi" Belçika mətbuatının diqqət mərkəzində

Emil Mpenza və "Neftçi" Belçika mətbuatının diqqət mərkəzində
ÖLKƏ FUTBOLU 4 Fevral 2011 / 16:45 2926
-  A +

"Neftçi"  klubunun belçikalı futbolçusu Emil Mpenza ölkəsinin mətbuatında diqqət mərkəzində saxlanılır. Qol.Az-ın məlumatına görə, Mpenzanın bu yaxınlarda əməliyyat olunacağı  haqda yazan Belçika  mətbuatı daha sonra futbolçunun "Neftçi" klubunun rəsmi saytına verdiyi açıqlamalara da toxunub.

"Çox təəsüflənirəm ki, belə hal baş verdi. Mənim meydançada tam gücümlə oynamağım üçün əməliyyat edilməyim mütləqdir.  "Neftçi"nin prezidenti Sadıq Sadıqova böyük hörmətim var. O da mənim bu halıma çox məyus oldu. Lakin mən ona söz verdim ki, tezliklə sağalaraq komandanın düşərgəsinə qayıdacağam. "Altılıq" oyunlarında vuracağım qollarla qızıl medalların qazanılmasına öz töhfəmi verəcəm".

Belçika mətbuatı bununla yanaşı "Neftçi"nin onlara tanış bir klub olduğunu da xüsusi qeyd ediblər.  Onlar 2005-ci ildə Çempionlar Liqasının təsnifat mərhələsində "Neftçi"nin "Anderlext"lə (0:5, 1:0) və 2008-ci ildə isə "Jerminal" (1:1, 1:0) klubu ilə qarşılaşdığını xatırlayıblar.

Daha çox


Son xəbərlər