Şeydayev "Qarabağ"la vidalaşdı

Şeydayev "Qarabağ"la vidalaşdı
ÖLKƏ FUTBOLU 6 İyun 2023 / 00:35 3731
-  A +

"Qarabağ"dan ayrılan Ramil Şeydayev Ağdam klubu ilə vidalaşıb.

Qol.az xəbər verir ki, 27 yaşlı hücumçu bu barədə öz İnstaqram hesabından paylaşım edib:

"Qarabağ"a birlikdə keçirdiyimiz vaxta görə öz təşəkkürümü bildirirəm. Belə bir böyük ailənin üzvü olduğum üçün xoşbəxt idim. Mənə yaxşı və çətin günlərdə dəstək göstərən hər kəsə öz minnətdarlığımı bildirirəm. Bütün klub üzvlərinə isə qeydimə qaldıqlarına və hər zaman kömək etdiklərinə görə təşəkkür edirəm. Sizə hər bir məqama görə dönə-dönə çox saq olun deyirəm. Mən sizin üçün çox darıxacağam!".

Qeyd edək ki, Ramil Şeydayevin Tailandın "Buriram Yunayted" klubuna keçəcəyi gözlənilir.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord